ABŞ Qarabağ məsələsinin həllində israrlıdır

25.04.2014 - 10:03

ABŞ Qarabağ məsələsinin həllində israrlıdır

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar mətbuata açıqlamasında Krım hadisəsinin Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin əhəmiyyətini artırdığını deyib. Onun sözlərinə görə, bu münaqişə Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq bütün region üçün faydalıdır.
Ilk dəfədir ki, ABŞ rəsmiləri Qarabağ münaqişəsilə bağlı bu qədər konkret fikir ifadə efir. Belə əminliklə Qarabağ münaqişəsinin həllinin vacibliyini söyləmək bu qənaəti yaradır ki, həqiqətən həlledici addımlar atıla bilər. Ümumiyyətlə, tarixdə belə nümunələr var və Fələstinlə bağlı ABŞ-ın mövqeyi də bunun göstəricisidir.
Israil ABŞ-ın ən yaxın müttəfiqi olsa da, ABŞ Fələstinlə bağlı ədalətli mövqe ortaya qoydu. ABŞ prezidenti Barak Obama çıxışı zamanı Fələstində baş verən böhrana toxunaraq, Fələstinlə Israil arasındakı sərhəd xəttinin 1967-ci ildə təyin olunan xətlərə uyğun olmasının lazım olduğunu bildirmişdi. Obama çıxışında Fələstin xalqının son illər təcavüzə məruz qaldığını və işğal altında yaşamağın əziyyətini çox çəkidiklərini bildirərək, işğal altındakı Fələstin torpaqlarında Yəhudi yaşayış massivlərinin salınması cəhdini sülh əldə etmə proseslərinə maneçilik kimi qiymətləndirmişdi. Ötən ilin iyulunda isə ABŞ-da Israil-Fələstin sülh danışıqları başlayıb. 
Təbii ki, Israil-Fələstin məsələsi ilə Qarabağ münaqişəsi arasında fərqlər çoxdur. Ancaq nəzərə alsaq ki, Israil-Fələstin münaqişəsi 60 ildən çoxdur davam edir və bu çətin münaqişənin həlli istiqamətində addımlar atılır, o zaman Qarabağ məsələsinin həll oluna biləcəyi qənaəti yaranır. 
Indiki halda isə belə görünür ki, bu problemin həlli Qərbin də maraqlarına uyğundur.
Rahim Hacıyev: “Qərbdə yaxşı başa düşürlər ki, Qarabağ problemi həll olunmadan böyük enerji proyektlərinin reallaşdırılması problemli məsələdir”
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, Rusiya təhlükəsi neytralaşdırılmadan Qarabağ probleminin həlli mümkün deyil: “Cənubi Qafqaz regionunda Qarabağ konflikti sabitliyin və təhlükəsizliyin qurulması yolunda başlıca əngələ çevrilib.  Rusiyanın açıq dəstəyi ilə Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi, uzunmüddətli ciddi problemə çevrilib. Bütün bu illər ərzində Ermənistan ilk növbədə Rusiyaya arxalanaraq işğal etdiyi torpaqları nəzarətdə saxlamağa davam edir. Bu amil Rusiya üçün regionda mövcudluğunu ciddi şəkildə saxlamaq vasitəsinə çevrilib. Rusiyanın Krımı işğalından sonra, dondurulmuş bu münaqişənin də istənilən vaxt alovlanacağı qənaəti yaranıb. ABŞ-ın və Avropanın Rusiyadan qaz asılılığını azaltmaq niyyəti Cənubi Qafqaza diqqəti artırıb. Azərbaycan və Orta Asiya qazının Avropaya çıxarılmasına daha böyük zərurət yaranıb. Bu amil isə Rusiyanı çox ciddi şəkildə narahat edir. Rusiya cənub sərhədlərindən Avropaya qaz daşınmasında maraqlı deyil. Qərbdə yaxşı başa düşürlər ki, Qarabağ problemi həll olunmadan böyük enerji proyektlərinin reallaşdırılması təhlükəsizlik baxımından problemli məsəlidir. Fələstin-Israil münaqişəsinin həlli Qarabağ problemin həllindən daha realdır. Səbəb ondan ibarətdir ki, Rusiya təhlükəsi neytrallaşdırılmadan Dağlaq Qarabağ probleminin həlli mümkün deyil”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6525

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930