Əliyevin əmisi oğlunun bankına görə aksiya

25.04.2014 - 10:05

Əliyevin əmisi oğlunun bankına görə aksiya

“RoyalBank”ın əmanətçiləri əmanətlərini tələb edir
“RoyalBank”ın əmanətçiləri növbəti dəfə aksiya keçirəcək. Bu barədə qəzetimizə əmanətçilərdən biri məlumat verib.  “RoyalBank” iki il əvvəl AMB tərəfindən ləğv edilib. Həmin vaxt Əmanətlərin Sığortası Fondunun zəmanəti altna düşən əmanətlər qaytarılıb. Digər əmanətlərin qaytarılması AMB-nin xüsusi olaraq yaradılmış ləğv komissiyasına – Azerbaican International Consulting Company -yə tapşırılıb.
Lakin əmanətçilərin sözlərinə görə, bu komissiya əmanətlərin qaytarılmasını gecikdirərək, vətəndaşlara ildə ümumi məbləğin 2-5 faizini ödəyir. Əmanətçilər ləğv qurumunun işindən narazıdırlar və hesab edirlər ki, “RoyalBank” lisenziyası ləğv edilənə qədər kifayət qədər uğurlu idi və onun aktivləri bütün əmanətləri tamamilə qaytarmağa imkan verir. 
Əmanətçilər aprelin 22-də Bankın əmanətçilərdən biri, müğənni Yaqub Zurufçu deyib: “Qoy, Mərkəzi Bank bankı bağladığı kimi bizim pullarımızı da qaytarsın”.
Əmanətləri qaytarılmayanların sayı 471 nəfər, onlara ödəniləcək məbləğ isə 40 mln. manata bərabərdir. Əmanətçilər arasında onkoloji xəstələr var, onlar əmlaklarını sataraq, faizlə kimya terapiyası xərclərini ödəmək üçün pulu banka qoyublar.
“RoyalBank” 1993-cü ildən bank bazarında fəaliyyət göstərirdi. Əsas səhmdarı (kapitalda 44,5 faiz iştirak) Iran əsilli ABŞ vətəndaşı Əli Cam idi. 2012-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı Royalbank-ın “ümumi kapitalın minimum səviyyəsi və adekvatlığı ilə bağlı tələblərə riayət etməməsi, kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi”, habelə Mərkəzi Bankın yazılı göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar onun lisenziyasını ləğv edib. “RoyalBank”ın lisenziyası ləğv edilməzdən əvvəl bir sıra qalmaqallar baş verib. Xüsusən, “WikiLeaks” saytının  yaydığı məxfi materiallarda “RoyalBank”ın adı hallanırda. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi məxfi yazışmalarında bəzi Azərbaycan banklarının, o cümlədən “Royalbank”ın Irandan gələn çirkli pulların yuyulmasında iştirakı ilə bağlı şübhələrini paylaşmışdı.
“RoyalBank”ın bağlanmasının əsl səbəbi də elə bununla izah edilir. Qeyd edək ki, bəzi məlumatlara görə, bu bankın qeyri-sahibi Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevdir.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=6526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930