Rusiyanın sabiq baş naziri Putinə bandit dedi

25.04.2014 - 12:34

Rusiyanın sabiq baş naziri Putinə bandit dedi

Rusiyanın sabiq baş naziri Putini Ukraynaya qarşı mövqeyinə görə sərt ittiham edib. Avropa. info xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın sabiq baş naziri Boris Nemtsov Vladimir Putini Ukraynaya qarşı təcavüzkar siyasətinə qarşı çıxıb.
B.Nemtsov deyib ki, Putin ancaq güc dilini başa düşür və ona görə də Ukraynanın mövcud hakimiyyəti dövləti necə qorumaq barədə düşünməlidir: “Ukrayna bu gün dövlətçiliyin məhvi təhlükəsi ilə üz-üzədir və bu bir zarafat deyil”.
Nemtsov Ukrayna hakimiyyətini Putinin işğalçılıq planına imkan verməməyə çağırıb. Keçmiş baş nazir deyib, Putinə imkan verilsə, Luqanskdan Kiyevədək işğalçılıq planını həyata  keçirəcək. 
Sabiq baş nazir deyib ki, Putin bandit, cinayət təfəkkürlü bir insandır və o ancaq güc dilini başa düşür.
Nemstov Ukraynaya ordusunu gücləndirməyi təklif edib: “Sizdə fiziki cəhətdən ordu yoxdur. Rusiya ordusunda da kifayət qədər problemlər var, amma bu Ukrayna ordusu ilə müqayisədə azdır. Ukraynanın xüsus xidmət orqanlarında rus agentləri çoxluq təşkil edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6542

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930