Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası – FOTOLAR

31.05.2016 - 00:29

qebele1Son vaxtlar ayrı-ayrı məmurların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı məlumatlar intensiv xarakter alıb. Artıq bu sırada regional məmurlar da “seçilməyə” ba.layıb. Bu dəfə cumhuriyyet.az-ın elektron poçtuna Qəbələ rayon icra hakimiyyəti başçısının müavini  Arif Allahverdiyevin oğlanları və bu ailəyə məxsus bahalı avtomobillərin fotosu göndərilib.

Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə icra başçısının müavini A.Allahverdiyevin adı 2011-ci ildə rayonda çəkilən yolla bağlı korrupsiyada, Qəbələ RLS-in hərbi şəhərciyindəki evlərin satışında hallanıb. Eyni zamanda cumhuriyyet.az-ın elektron poçtuna icra başçısının müavininin rayonda olan “Sahil” adlı böyük restoranından da yazıblar. Onların dediyinə görə, Arif Allahverdiyevin qardaşının işlətdiyi bu restorandakı qiymətlər “Yeddi ulduz”lu otellərdəki qiymətlərlə müqayisə oluna bilər:” Burada bir çaynik çayın qiyməti on manatdır. Başqa xidmətlərə isə heç yaxın düşmək də mümkün deyil. Ümumiyyətlə isə belə nəhəng bir objektdən heç vergi də alınmır.”

rr tt yy uu ii

 

Short URL: http://www.cumhuriyyet.net/?p=65438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031