Ziya Məmmədovun oğlu şəxsi təyyarə aldı

25.04.2014 - 13:29

Ziya Məmmədovun oğlu şəxsi təyyarə aldı 

Anar Məmmədovun vəkili Avropa.info-nun sualını cavablandırmaqdan imtina etdi
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu  Anar Məmmədov dəyəri  milyonlarla dollar  qiymətinə  ölçülən  şəxsi təyyarə alıb.
Avropa.info-nun əldə etdiyi məlumata görə, nazir oğlunun  təqribən  6 ay öncə  aldığı  şəxsi təyyarə  İsveçrədə istehsal olunub. Təyyarənin  xüsusi  sifariş əsasında  istehsal  olunduğu  və  yüksək  keyfiyyətlə hazırlandığı  bildirilir. Anar Məmmədovun  bütün xarici səfərlərini  bu təyyarə ilə həyata keçirdiyi  qeyd olunur.
Avropa.info  məsələ ilə əlaqədar Anar Məmmədovun  vəkili  Ruslan Məmmədova  müraciət edib. Vəkil  sualımızı dinləmədən əlində ciddi işlərinin olduğunu  və danışa bilməyəcəyini deyib. Onu  ciddi  bir sual üçün narahat etdiyimizi dedikdə isə, vəkil  “sizin işləriniz mənim işlərimdən ciddi ola bilməz ” deyərək  telefonu söndürdü. 
Xatırladaq ki, bir müddət öncə, mətbuatda  Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun  qlamur həyat keçirməsi ilə bağlı yazılar dərc olunurdu.  Sonradan  bu yazıları  Anar Məmmədovun biznes fəaliyyətini  və hətta  diaspora fəaliyyətini əks etdirən  məqalələr əvəzləməyə başladı.

Short URL: http://www.cumhuriyyet.net/?p=6546

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930