"Bu, Rusiyaya baha başa gələcək"

25.04.2014 - 14:04

“Bu, Rusiyaya baha başa gələcək”

Rusiya Cenevrədə Ukrayna ilə bağlı əldə olunan razılığa əməl etməsə, bu, ona baha başa gələcək”. ANS PRESS-in məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O, bildirib ki, Rusiya Cenevrə razılaşmasına getməklə sadəcə diqqət yayıdırmağa çalışıb. 
Con Kerrinin sözlərinə görə, Rusiya razılaşmadan sonra münaqişənin həlli istiqamətində heç bir addım atmayıb.
“Cenevrə danışıqlarından bu günə qədər Rusiyanın heç bir səlahiyyətli şəxsi ictimaiyyət qarşısında razılaşmanı dəstəkləyən, silahlı qrupları işğal etdiyi əraziləri tərk etməyə çağıran çıxışlar etməyib. Əksinə, başda Rusiya dövlət televiziyası olmaqla bir çox telekanallar Vladimir Putinin Ukrayna ilə bağlı fantaziyalarını təbliğ edir, təxribatla məşğul olurlar”.
Dövlət katibi qeyd edib ki, Rusiya Cenevrədə Ukrayna ilə bağlı əldə olunan razılığa əməl etməsə, bu sadəcə səhv olmayacaq. Rusiya üçün baha başa gələcək.
ABŞ Dövlət Departamenti Rusiya qoşunlarının Ukrayna sərhədinə doğru getdikcə yaxınlaşdığına görə narahat olduqlarını açıqlayıb. Açıqlamada bildirilir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməklə böyük səhvə yol verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=6548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930