Obamanın Asiya səfərinin gizlin məqamları
Obamanın Asiya səfərinin gizlin məqamları
ABŞ prezidenti Barak Obama artıq 3 gündür Asiya səfərindədir. “Axar.az” xəbər verir ki, Obama bir həftə boyunca Asiya qitəsində olacaq. Qərb analitiklərinin fikrincə, onun məqsədi ABŞ nüfuzunu burada bərpa etməkdir: “Amma bu, çox çətin olacaq. Səbəb Ukraynadakı böhrandır – Qərbi Avropa çarəsiz durumdadır və Amerikadan kömək gözləyir. Suriyada müharibənin alovlanması, Fələstin ilə İsrail arasında yaxınlaşmanın olmaması vəziyyətin ümidsizliyindən xəbər verir. ABŞ-da isə mühafizəkarlar Obamanın Putin, Bəşər Əsəd və başqalarına qarşı daha sərt siyasət yürütməyini tələb edir”. B. Obamanın Asiya səfərindən sonra analitiklər daxili siyasətdə, inflyasiyanın tənzimləməsində və büdcə kəsirinin azaldılmasında hər hansı nailiyyətin əldə oluna biləcəyini düşünür. Xarici siyasətdə isə ABŞ-ın qələbəsi sadəcə möcüzə olardı, – deyə qeyd olunur. Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın səfər çərçivəsində Yaponiya, Malayziya, Filippinlər və Cənubi Koreyaya gedəcəyi planlaşdırılır. Artıq Yaponiya səfərini başa çatdıran Obama bu gün Cənubi Koreyanın paytaxtı Seulda rəsmi görüşlərini davam etdirəcək. Ağ Ev bildirib ki, görüşlərdə məqsəd əsasən, iqtisadi münasibətləri müzakirə etməkdir. Eyni zamanda, regionda təhlükəsizlik məsələləri də müzakirə edilə bilər. Çünki ötən gün Şimali Koreyanın nüvə silahı sınaqlarına hazırlaşması barədə məlumatlar yayılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6549