Vəhhabilər Siyəzəndə və Səbaildə etiraz aksiyası keçirdilər

25.04.2014 - 17:14

Vəhhabilər Siyəzəndə və Səbaildə etiraz aksiyası keçirdilər

Bu gün Siyəzən rayonunda vəhhabilər etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə günorta saatlarında baş tutan aksiya Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında keçirilib.
Vəhabilər Siyəzən rayon Cümə məscidinə imam təyin olunmasını tələb ediblər. Siyəzən RİH-in başçısı Arif Qasımov aksiya iştirakçılarını qəbul edib.
Rayon Polis Şöbəsindən ANS PRESS-ə yerilən məlumata görə, aksiya zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb: “İcra Hakimiyyətinin başçısı ilə görüşüblər. Görüşdə bildirilib ki, yaxın zamanlarda Cümə məscidinə imam təyin olunacaq”.
Bu dini təriqətə mənsub insanların daha bir aksiyası Bakının Sabail rayonu ərazisində qeydə alınıb. Günorta saatlarında vəhhabilərlə polislər arasında insident yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, sələfilər İçərişəhərdə “Ləzgi məscidi” kimi tanınan “Aşurbəy” məscidində kütləvi şəkildə namaz qılmaq istəyiblər. Namaza çox insan qatıldığı və məscid çox darısqal olduğu üçün insanlar məscidin kənarına çıxaraq, küçədə ibadət etmək istəyiblər. Bu zaman hüquq-mühafizə orqanları sələfilərə məscidin içərisinə girməyi və çöldə ibadət etməməyi məsləhət biliblər.
Sələfilər isə öz növbəsində polislə mübahisə edib və onlara müqavimət göstərib. Nəticədə insident baş verib.
Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən ANS PRESS-ə bildirdilər ki, əslində hadisəni insident kimi də qələmə vermək düzgün deyil. Həqiqətən də, günorta namazında bir qrup insan məscidin qarşısında kütləvi şəkildə toplaşıblar. Polis həmin şəxslərə dağılmağı və məscidə getmələrini məsləhət bilib. Arada anlaşılmazlıq yaransa da, sonradan problem həll olunub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6554

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930