Masallıda 350 min manatlıq subsidiya maxinasiyası
“Aqrolizinq” ASC Masallı rayon filialının direktoru Eldar
Hüseynov və Masallı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon
şöbəsinin müdiri Hamil Hadıyev Masallı Meşə Mühafizəsi və Bərpası
idarəsinə aid olan 2500 hektara yaxın əkinə yararsız torpaqları əkin
sahəsi kimi sənədləşdirərək dövlətin 350 min manat vəsaitini
mənimsəyiblər
kənd təsərrüfatının inkişafına ayırdığı subsidiyalar hələ də bir çox
məmurlar tərəfindən saxta sənədlər əsasında mənimsənilir. Dövlət başçısı
İlham Əliyev bir müddət əvvəl bu sahədə şəffaflığın olmadığını bildirsə
də və məmurlara xəbərdarlıq etsə də, hələ də bir çox məmurlar dövlətin
ayırdığı subsidiya vəsaitlərini müxtəlif yollarla mənimsəməklə
məşğuldurlar.
məlumatda bildirilir ki, “Aqrolizinq” ASC Masallı rayon filialının
direktoru Eldar Hüseynov və Masallı Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi rayon şöbəsinin müdiri Hamil Hadıyev Masallı Meşə Mühafizəsi və
Bərpası idarəsinə aid olan 2500 hektara yaxın əkinə yararsız torpaqları
əkin sahəsi kimi sənədləşdirərək dövlətin 350 min manat vəsaitini
mənimsəyiblər.
subsidiya əməliyyatı nəticəsində hərəsinə 100 min manat qazanc əldə
ediblər. Yerdə qalan 150 manat vəsaiti isə Masallı rayon İcra
Hakimiyyətinin başçısı Ravil Hüseynova çatdırıldığı iddia olunur.
“Aqroservis” idarəsinin direktoru Qafil Məmmədovla əlbir olaraq
sahibkarlara üçün dövlət tərəfindən verilən 20 tona yaxın traktor yağını
və nitrozazafko, azot gübrələrini müxtəlif şəxslərin adına yazdıraraq
qara bazarda satdıraraq 80 min manata yaxın qazanc əldə ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=6558