Bakı Zooparkında yaralı ceyran

26.04.2014 - 01:15

Zooparkda heyvanlara baxan yoxdur və parkda heyvanların
bir neçəsi bədənlərindəki yaralardan ətrafa virus yayır

Zooparkda heyvanlara baxan yoxdur və parkda heyvanların
bir neçəsi bədənlərindəki yaralardan ətrafa virus yayır

 

 

 

 

İlk baxışdan insana rahatlıq verən mənzərə ilə rastlaşsaq da,
ətrafdakı natəmizlik, heyvanların qəfəslərinin ətrafından gələn xoşagəlməz
qoxular zoopark haqqında müsbət fikir yaranmasına, xoş təəssürata mane oldu.

 

 

Uşaqları ilə ətrafdakı heyvanları izləyənlər o qədər çox olmasa
da, hər halda gözə dəyənlər var idi.

 

 

Ən çox natəmizliyi maral və ceyranların saxlanıldığı qəfəslərdə
gördük. Bədəni yara basmış, açıq yaralarla qəfəslərində gəzişən heyvanların
ətrafa virus yayması, deyəsən zoopark rəhbərliyi üçün bir o qədər də
əhəmiyyətli deyil. Bunu biz yox, qarşılaşdığımız mənzərə deyirdi.

 

 

Uşaqların əlləri ilə həmin maral və ceyranlara çörək, pop-korn və
müxtəlif qidalar yedirməsi bizə nə qədər xoş olsa da, həmin heyvanların yara
içərisində olması da bir o qədər üzücü idi.

 

 

Bakıda başqa “heyvan parkı”nın olmadığını nəzərə alsaq, gördüyümüz
səhnələrə heç cür haqq qazandırmaq mümkün deyil. Bakının yeganə heyvan parkını
təmiz saxlamaq hər halda elə də çətin olmalı deyil.

 

 

Güman edirik ki, Zoopark rəhbərliyi bundan sonra parkdakı
natəmizliyi aradan qaldıracaq və yaralı heyvanların ətrafa virus yaymasının
qarşısını almaqla bərabər, heyvanların sağalması üçün də qolunu çirməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=6559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930