Ukrayna separatçıları ATƏT müşahidəçilərini girov götürür
Ukrayna daxili işlər nazirliyinin məlumatına görə, aprelin 25-də
Kramatorsk istiqamətindən Slavyansk şəhərinə daxil olarkən naməlum
şəxslər ATƏT-in müşahidəçilərini daşıyan avtobusu saxlayıb, onun
sərnişinlərini Slavyanskda separatçıların qərargah kmi istifadə edilən
yerli təhlükəsizlik xidmətinin binasına aparıblar.
Avtobusada gedən 7 beynəlxalq müşahidəçi ilə yanaşı, Ukrayna silahlı qüvvələrinin 5 əməkdaşı və sürücü də girov götürülüb.
Xəbərdə bildirilir ki, separatçılarla danışıqlar nəticəsiz qalıb.
Onlar “Rusiya Federasiyasının səlahiyyətli orqanlarından göstəriş
almayana qədər” girovları azad etməkdən imtina edilər.
Aprelin 17-də Cenevredə əldə olunan Ukrayna razılaşmasına əsasən,
regiona ATƏT-in müşahidəçilər qrupu göndərilmişdi. Bu danışıqların
nəticələrini qəbul etməyən separatçılar indiyədək onlarla adamı girov
götürüblər. Onların arasında Qərb jurnalistləri də olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=6560