Trofimçuk: "Azərbaycanı müharibəyə itələyirlər"

26.04.2014 - 10:38

Trofimçuk: “Azərbaycanı müharibəyə itələyirlər”“Ukrayna hadisələrinin fonunda Qarabağın ətrafında başlanılan istənilən hərəkətlənmə yalnız mənfi nəticələr verəcək”.   Bu sözləri “Axar.az”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Qarabağ konfliktinin həlli üçün kənardan atılmış istənilən addımın regional savaşın başlanması ilə nəticələnəcəyini bildirib:   “Ukrayna hadisələrinin fonunda Qarabağın ətrafında başlanılan istənilən hərəkətlənmə yalnız mənfi nəticələr verəcək. Qara dəniz hövzəsində artan xaos zamanı hansısa uğurlu addımlardan söz edilə bilməz. “Yaxşılaşdırılma”ğa doğru atılmış istənilən addım regional savaşın başlanması ilə nəticələnəcək. Bu isə öz növbəsində Ukrayna hadisələrini özündə əks etdirəcək. Yaxşı ki, bu təhlükə Xəzərətrafı ölkələr tərəfindən dərk edilir, hansı ki, onlar Xəzərdə başqa ölkənin hərbi bazasının yerləşdirilməsi əleyhinə qərar qəbul ediblər”.   Politoloq Azərbaycan və Ermənistan üçün konflikt ətrafında yaranmış vəziyyəti bu cür qoruyub saxlamağın daha əlverişli olduğunu bildirib:   “Azərbaycan və Ermənistana hazırkı vaxtda situasiyanı bu cür qoruyub saxlamaq daha əlverişlidir. Onlar bunu davam etdirməlidirlər. Azərbaycanı sonradan heç bir çıxış olmayan müharibəyə itələyirlər. Qayadan ayrılıb qopan daş parçaları Cənubi Qafqaz regionunda yerləşən bütün hər kəsi yaralayacaq. Digərləri isə heç bir xəsarət almayacaqlar. Bir şeyi qeyd etmək yerinə düşər ki, Qarabağ konflikti Ukraynanın parçalanmasından sonra artıq Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında uğursuz görüşlər metodu ilə həll edilə bilməz. Hazırda yeni şərait üçün yeni metodlar lazımdır, onlar isə hələ yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930