Gürcüstanda "erməni soyqırımı"na abidə qoyuldu

26.04.2014 - 11:13

Gürcüstanda “erməni soyqırımı”na abidə qoyuldu

Gürcüstanın Ninosminda şəhərindəki gənclər evinin önündə qondarma erməni soyqırımına abidə ucaldılıb.
 
“Axar.az”ın Gürcüstan mediasına istinadən məlumatına görə, mərasimə Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Erməni Apostol Kilsəsinin keşişləri və digər şəxslər qatılıblar. Abidənin Armen və Tatula Karslyanov qardaşları, həmçinin Enzela və Martuna Mkoyanlar tərəfindən maliyyələşdirildiyi deyilir.
 
Qeyd edək ki, mərasimdə 300 nəfər iştirak edib. Tədbirdə çıxış edən Ermənistanın Gürcüstandakı səfiri Ovanes Manukyan göstərdiyi diqqətə görə Gürcüstan hökumətinə təşəkkürünü bildirib. Digər qonaqlar isə abidənin önəmindən bəhs edərək, bunu erməni gənclərinin milli ruhda böyüməsi və tarixdə nələrin baş verdiyini bilməsi baxımdan əhəmiyyətli sayıblar.
 
Xatırladaq ki, illərdir Gürcüstan parlamentində ermənipərəst deputatlar qondarma soyqırımın tanınmasına cəhd edirlər. Lakin onlar hər dəfə azərbaycanlı parlamentarilərin təpkisi ilə üzləşirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=6573

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930