Obama Şimali Koreyanı da hədələdi

26.04.2014 - 11:36

Obama Şimali Koreyanı da hədələdi

Prezident Barak Obama ABŞ-ın öz müttəfiqlərinin müdafiəsi üçün Koreya Xalq Demokratik Respublikasına qarşı hərbi güc tətbiq etmək məsələsində tərəddüd etməyəcəyini bildirib.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, B. Obama Cənubi Koreyaya səfəri zamanı bu ölkədəki 28 min nəfərdən ibarət ABŞ hərbi kontingentinə müraciət edib. 
 
“ABŞ-ın Koreya Respublikasının təhlükəsizliyinin təmin olunmasına dair öhdəliyi təcavüz təhlükəsi qarşısında daha da möhkəmlənir. Biz müttəfiqlərimizin və həyat tərzimizin müdafiəsi üçün hərbi gücdən istifadə etmək məsələsində tərəddüd göstərməyəcəyik”, – deyə B. Obama söyləyib. 
 
Qeyd edək ki, Şimali Koreya öz tarixində dördüncü dəfə nüvə sınağı keçirməyə hazırlaşdığını açıqlayıb. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930