İlham Əliyev Ərdoğanı sabotaj edir

27.04.2014 - 10:02

İlham Əliyev Ərdoğanı sabotaj edir

Yaxud “Praqa fırtınası”nın toz-dumanı arxasındakı həqiqətlər nədən ibarətdir?
İlham Əliyevin Praqada Sərkisyana kükrəməsi ətrafında  qalxan səs-küy, toz-tozanaq məcbur etdi ki, bu məsələyə münasibət bildirək. Bu olayı iki istiqamətdən şərh edə bilərik. Çıxışın məzmunu və məqsədi baxımından…
Görək yaxın günlərimizin media qəhrəmanı Ilham Əliyev Sərkisyana nə deyib: “… Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək, Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl – Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir…”
Bu çıxışda hansısa qəhrəmanlıq elementi gördünüzmü? Məsələn, güclü ordunun və iqtisadiyyatın təsirini hiss etdinizmi? Regionun lideri olduğumuzu tapa bildinizmi? Istənilən vaxt torpaqlarımızı geri ala biləciyimizi, amma hələlik lazımın gəlişini gözlədiyimizi sezdinizmi?
Bu çıxış da bundan əvvəlki siyasi mərsiyələrin davamıdır və sadəcə, cavab deyil. Cavab saymağı xahiş etsəniz, qəbul edərik. Lakin buna heç cür “yerinə oturtdu” diaqnozu qoymaq olmaz. Ilham Əliyev bu addımı ilə sadəcə, bir şeyi sübut elədi. O həqiqətən də Heydər Əliyevin layiqli davamçısıdır. Lissabon sammitindən sonra ruzigarın gözü belə fırtına blef, yalançı qəhrəmanlıq salnaməsi görməmişdi. Ona görə də Ilham Əliyevin hansısa qəhrəmanlığından və ya məzmunca təsirli çıxışından söhbət gedə bilməzdi. Onun dediklərini bütün dünya, dünyadan da yaxşı, Sərkisyan bilir.
“Dağlıq Qarabağ”a gəlincə, Azərbaycanın belə ərazisi yoxdur. Ilham Əliyev öz ölkəsinin inzibati quruluşunu bilmədən başqa ölkənin siyasətini müdafiə edən yeganə siyasətçidir yəqin ki. Ermənistan isə Azərbaycanın 12 inzibati rayonunu işğal edib. Ona görə də burada özümə əziyyət verib sayıram.  Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocavənd, Ağdərə, Xankəndi. Bunu da yazırıq Ilham Əliyevin yaddaş kitabçası üçün…
“Dağlıq Qarabağ” demək isə sadəcə, ermənilərin xəritəsi ilə vətənpərvərlik eləməkdir.
İlham Əliyev niyə belə danışıb?
Biz aydın elədik ki, Ilham Əliyevin çıxışında heç bir əlahiddə təhdid və ya cəsarət elementləri yoxdur və sadəcə təkrardır. Üstəlik, konstitusiyaya zidd olan ərazi vahidinin adını dilinə gətirərək, ümumi siyasətimizə zərbə də vurub.  Amma təkcə Azərbaycanın siyasətinə deyil, Türkiyənin və Ərdoğanın da siyasətinə. Deməli, Türkiyə baş naziri qondarma erməni soyqırımı iddialarına fikir vermədən, Birinci Dünya Müharibəsində ölənlərin yaxınlarına başsağlığı verir və  bununla demək istəyir ki, “heç bir xüsusi soyqırımdan söhbət gedə bilməz, cahan savaşı nəticəsində tələf olan insanlar var və onları da kədərlə anırıq”. Onun bu siyasəti əslində, ermənilərin Türkiyəyə və Türk dünyasına yapışdırmaq istədikəri “aqressor” damğasını sıradan çıxarmaq üçündür.  Azərbaycan rəhbəri isə yenidən stəkanda fırtına qoparmaqla məşğuldur. Yəni, radikallığı süni şəkildə artırır. O, bununla “Ərdoğan ermənilərə başsağlığı verdi” deyənlərdan “Ilham Əliyev ermənilərin cavabını verdi” təsbitini almaq istəyir. Amma kimdir o qüvvələr? Həm Türkiyədə, həm də Azərbaycanda, cüzi istisnalarla yalançı vətənpərvərlər. O  kütlə bir-iki il bundan əvvəl Moskvanın təlimatları ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını da tənqid edirdi. Soruşmazlarmı ki, siz əgər vətənsevərsinizsə, niyə istəmirsiniz, Ermənistan Rusiyanın təsirindən çıxıb, Türkiyənin təsirinə düşsün? Görünür ki, deyilsiniz…
Ilham Əliyev isə elə təbliğat qurdurur ki, elə bil bunu 20 faiz torpağı işğal edilən Azərbaycanın yox, Qazaxıstanın rəhbəri edib. Bu halda isə onun addımı, faktiki Ərdoğanı Türkiyə daxilində sabotaj etməkdən başqa bir şey deyil.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930