Eldar Əzizovun Sumqayıtın nəqliyyat həyatına gətirdiyi əcaib yenilik

27.04.2014 - 11:39

Eldar Əzizovun Sumqayıtın nəqliyyat həyatına gətirdiyi əcaib yenilik

İcra başçısına məxsus marşurutlar hərəkət qrafikinə niyə məhəl qoymur?
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bugünlərdə şəhərin nəqliyyat həyatına daha bir yenilik gətirib. Bu barədə Moderator.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, son vaxtlar şəhər nəqliyyatının önəmli bir qismini ələ keçirən icra başçısı, sahibi olduğu marşurutlara qeyri-məhdud səlahiyyətlər verib. Belə ki, icra başçısına məxsus avtobuslar gün ərzində daha çox müştəri yığmaq üçün hərəkət qrafikini kobud şəkildə pozur, qrafikdə göstərilməyinə baxmayaraq bəzi “sərf etməyən” ərazilərə daxil olmur, bununla da vətəndaşları faktiki olaraq nəqliyyatsız qoyur. İcra başçısına bağlı olan avtobus sürücüləri şəhər sakinlərinin ittihamları qarşısında iddia edir ki, girmədikləri küçə və məhəllələr xırda, manevr imkanı daha geniş olan “Mersedes” markalı nəqliyyat vasitələri üçündür. Sürücülər iddia edir ki, onlara nisbətən dar, çoxlu döncələri olan küçələrdən keçməmək tapşırığı verilib və əgər vətəndaşlar nəqliyyat qıtlığından əziyyət çəkirsə, o zaman əlaqədar qurumlardan öz məhəllələri üçün yeni xətt və marşurutlar tələb edə bilər.
Məlumat üçün qeyd edək ki, E.Əzizov Sumqayıtda bir neçə xətt və avtobusun, o cümlədən həm hərəkət qrafiki, həm də avtobusların sayına görə şəhərin ən böyük xətti sayılan 7 saylı marşurutun himayədarı hesab olunur.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=6593

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930