Türkiyə hökuməti Azərbaycana xəyanət etdi

27.04.2014 - 13:06

Türkiyə hökuməti Azərbaycana xəyanət etdiTürkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib.   “Axar.az” Türkiyə mediasına istinadən xəbər verir ki, abidənin üzərində yazılan “soyqırım” sözü pozulub və “qətliam” sözü yazılıb.   Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr – Nurullah Cihan abidənin üzərindəki “soyqırım” sözünü bu yaxınlarda “qətliam” sözü ilə dəyişdirməyə qərar verib.    Türk saytlarının yazdığına görə, o, bu addımı Türkiyə hökumətinin tələbi ilə atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına etiraz ediblər. Onların könlünü almaq üçün Uşak bələdiyyəsi “Xocalı soyqırımı” sözünü “Xocalı qətliamı” ilə dəyişdirib.   Xarici İşlər Nazirliyiyinin isə məsələyə yanaşması belə olub: “Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində erməniləri incitmək istəmir”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930