Makkeyn Obamanın Rusiya siyasətini sərt tənqid etdi

27.04.2014 - 13:33

Makkeyn Obamanın Rusiya siyasətini sərt tənqid etdi

“Boş hədələr susqunluqdan da faciəvidir”
Senator Con Makkeyn Ukraynadakı son durumla bağlı bəyanatla çıxış edib. O, bildirib ki, dövlət katibi Kerrini Rusiyanın Ukrayna ilə bağlı üzərinə götürdüyü son öhdəlikləri yerinə yetirmədiyini açıq formada dediyinə, bəzi həqiqəti danışdığına görə alqışlamaq lazımdır: “Problem ondadır ki, Kerrinin bəyanatları və hədələri Putinin davranışını dəyişməyə qadir olan administrasiya tərəfindən dəstəklənmir. Bu çox uğursuz sxemdir. Bu istər Ukrayna, Suriya, Asiya və ya başqa yerlər olsun. Adeministrasiya çox danışır, amma əməldə az iş görür. Ukrayna isə bunu ABŞ-ın zəif mövqeyi kimi qəbul edir və buna görə hesab ödəyir. Nəticədə Putin situsiyada diqqtə edərək, yeni aqressiyalar barədə düşünür. Bütün bunların məntiqi sonu kimi hazırda Ukraynanın şərqində vəziyyət heç zaman olmadığı kimi kritikdir və konfiliktə çox yaxındır. Boş hədələr susqunluqdan da faciəvidir”.
C.Makkeynin fikrincə, hazırda qətiyyətli addımlar atmağın zamanı gəlib. ABŞ Putinin xarici siyasətdə əsas silahı olan Rusiyanın iri banklarına, enerji kompaniyalarına və iqtisadiyyatın silah sənayesinə qarşı  sanksiyalar tətbiq etməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6597

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031