Buş Əliyevin pullarını axtarmağa göstəriş veribmiş

28.04.2014 - 10:05

Buş Əliyevin pullarını axtarmağa göstəriş veribmiş

Keçmiş SSRİ-dən daha kimlərin maliyyə vəsaitləri Vaşinqtonu maraqlandırıb?
ABŞ-ın məşhur “New York Times” qəzetində qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları ilə bağlı geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin artıq çoxdan dünyanın ən varlı dövlət başçısı kimi tanınır. Putinin varlanmasına səbəb onun Rusiya iqtisadiyyatının ən gəlirli sahələrində çox böyük paya malik olmasıdır. Müxtəlif vaxtlarda yayılmış məlumatlar göstərir ki, Rusiya dövlət başçısının varidatı 70 milyard civarındadır. 
Məqalədə diqqət çəkən bir məlumat da budur ki, 2006-cı ildə ABŞ-ın o vaxtkı prezidenti Corc Buş bəzi keçmiş sovet respublikaları rəhbərlərinin korrupsiya nəticəsində əldə etdiyi maliyyə vəsaitləri barədə araşdırma aparmağa göstəriş verib. Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyevdir. 
Qəzetin yazdığına görə, Buşun göstərişindən sonra Ağ ev İlham Əliyevlə Belarus prezidenti Aleksandr Lukaşenkonun maliyyə vəsaitləri ilə bağlı məsələlərə ciddi diqqət yetirməyə başlayıblar. Qəzet bu araşdırmaların nə ilə nəticələnməsi barədə məlumat vermir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6603

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031