ABŞ-dan Rusiyanın ən böyük şirkətlərinə sanksiya

28.04.2014 - 10:35

ABŞ-dan Rusiyanın ən böyük şirkətlərinə sanksiyaABŞdan Rusiyanın ən böyük şirkətlərinə sanksiyaABŞ-dan Rusiyanın ən böyük şirkətlərinə sanksiyaABŞ Rusiya iqtisadiyyatının iki nəhəngi – “Rosneft” dövlət neft-qaz şirkəti və “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin rəhbərləri İqor Seçin və Aleksey Millerə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.   “Axar.az” APA-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Sanksiyalar bu şəxslərin ABŞ yurisdiksiyasında olan aktivlərinin dondurulmasını nəzərdə tutur və ABŞ vətəndaşlarının və şirkətlərinin bu şəxslərlə biznes əlaqələri qurmasını qadağan edir. ABŞ-ın qərarının bu gün açıqlanması gözlənilir.       Vaşinqton Rusiya müdafiə sektoru üçün yüksək texnologiyaların ixracına da qadağa qoyacaq. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Toni Blinken deyib. “Mən hələlik bunu demək istərdim. Biz bəzi xəbərləri bazar ertəsinə saxlayırıq”, – deyə o, aprelin 27-də “NBC News”a müsahibəsində söyləyib. T. Blinken Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslərə və şirkətlərə sanksiya tətbiq edəcəklərinin bildirib. Müşavir Krımın ilhaqından sonra Rusiyaya tətbiq olunan sanksiyaların artıq bu ölkə iqtisadiyyatına ciddi zərbə vurduğunu bəyan edib: “Onların maliyyə bazarı ilin əvvəlindən bəri 22 faiz azalıb, rubl isə ən aşağı səviyyədədir”.   Qeyd edək ki, ABŞ-la bərabər Avropa Birliyi də Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.  

Short URL: http://www.cumhuriyyet.net/?p=6610

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930