Bərdədə ortalıq qarışdı: icra başçısının köməkçisi hamını ayağa qaldırdı

28.04.2014 - 10:53

Bərdədə ortalıq qarışdı: icra başçısının köməkçisi hamını ayağa qaldırdı

Zaur Bəylərovun idarə, müəssisə rəhbərləri, habelə sahibkarlardan Heydər Əliyev Xiyabanının inşası adı ilə pul yığması narazılığa səbəb olub 
Bərdə İcra Hakimiyyəti başçısının köməkçisi Zaur Bəylərov Heydər Əliyevin adına inşa edilən xiyabanda aparılan işlərin başa çatdırılması üçün bütün büdcə təşkilatlarından və sahibkarlardan pul yığmağa başlayıb. JAM.AZ TİA.AZ-a istinadən xəbər verir ki, bu barədə rayondan məlumat verilib. 
Məlumatda deyilir ki, icra başçısının “ştatdankənar” köməkçisi (ştatda olan köməkçi işə buraxılmır-red.) Zaur Bəylərov Vidadi İsayevin rayonda olmadığından sui-istifadə edərək, belə bir addım atıb. Belə ki, hazırda məzuniyyətdə olan İsayevi əvəz edən Bəylərov böyük pullar qazanmaq eşqinə düşüb. Elə buna görədir ki, o, mütəmadi olaraq iş yerindən (5-19-29 saylı telefon nömrəsindən) zəng vuraraq, tikilən parka ağac almaq məqsədiylə 5000 manatdan 20 min manata qədər pul tələb edir. 
Məlumatı verən şəxslər bildirirlər ki, icra başçısının köməkçisi bu pulu verməkdən imtina edənləri işdən çıxartdıracağı və ya həbs etdirəcəyi ilə hədələyir. Artıq idarə rəhbərləri nə edəcəklərini bilmirlər. Çünki hər bir idarənin gündəlik işləri qalıb, bütün işçilərini sözügedən parkın tikintsinə cəlb edirlər. Müəllimlərin, həkimlərin, idarə işçilərinin aylıq əmək haqlarından isə kəsərək abadlığa, ağac əkilməsinə və küçələrin süpürülməsinə ayrırlar. 
Qeyd edilir ki, Zaur Bəylərov bir müddət əvvəl oğlu avtoşluq edərkən qəzası törədərək, adam ölümünə səbəb olmuş Tərtərin keçiş icra başçısının müavini Vidadi Bəylərovun qardaşıdır. Tərtər ƏSMM-in direktoru işləyən zamandan Zaur Bəylərov bir sıra qanunsuzluqlara imza atmış, hətta hüquq mühafizə orqanları yoxlama aparsalar da, sonradan problem bir şəkildə çözülmüşdü. 
Həmin məlumatlarda vurğulanır ki, Zaur Bəylərov qısa müddətdə özünə böyük maldarlıq ferması yarada bilib. Bundan başqa, bahalı maşın həvəskarı olduğundan mütəmadi olaraq onları dəyişməklə məşğuldur. Həmçinin Bəylərov Tərtərdəki yaxın qohumlarını, yəni qardaşı oğlunu, qaynatası və qaynanasını Bərdəyə gətirərək, onların adlarını bir neçə işçi kimi yazaraq, maaş almalarını təmin edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6612

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930