Elçibəyin qardaşı Nemət Pənahlının ağzından vurdu: “cəfəngiyyatdır…”

06.06.2016 - 00:34

almuradMeydan hərəkatının aktiv iştirakçılarından olan Nemət Pənahlı “Qaynar Qazan”a açıqlamasında milli azadlıq hərəkatının lideri, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı maraqlı fikirlər səsləndirib. N.Pənahlının sözlərinə görə, Ə.Elçibəy onunla barışmağa səy göstərsə də o, hər zaman mərhum prezidentin bu səylərinə qarşılıq verməyib.
N.Pənahlının bildirdiyinə görə, Ə.Elçibəy barışıq qarşılığında ona vitse-prezident vəzifəsi belə təklif edib və bir sıra adamları, o cümlədən qardaşını bu təkliflə onun yanına göndərib.
N.Pənahlının məlum iddiasına münasibət öyrənmək məqsədi ilə 24saat.org Ə.Elçibəyin qardaşı Almurad Əliyevlə əlaqə saxlayıb. A.Əliyev N.Pənahlının səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu vurğuladı: “Mənim N.Pənahlının yanına getməyim, ondan nə isə xahiş etməyim və ya kiminsə xahişini çatdırmağımla bağlı deyilənlər tamamilə yalandır. Belə bir şey əsla baş verməyib. Mən heç böyüklərə ağız açmamışam, o ki qaldı Nemət Pənahlı ola. N.Pənahlının dedikləri cəfəngiyyatdan başqa bir şey deyil”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=66154

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728