Bakıda böyük tıxac yarandı

28.04.2014 - 11:44

Nobel prospektində ucu-bucağı görünməyən tıxac var

 

Bakının ən böyük prospektlərindən birində böyük tıxac yaranıb. Hadisə
şahidlərinin Səhər saatlarından başlayaraq Nobel prospektində
ucu-bucağı görünməyən tıxac var. Avtomobil sıxlığı “Nargilə” kafesinin
yanından başlayıb. Hadisə şahidləri deyir ki, həmin ərazidə dağılan
yolun təmir işləri görülür.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlamaq
cəhdlərimiz boşa çıxdı. 

Lakin məsələyə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri
Pünhan Mürsəliyev aydınlıq gətirdi. Onun verdiyi məlumata
görə, hazırda yolda təmir-bərpa işləri aparılır. Həmin istiqamətdə yolun
bir hissəsi bağlıdır. “Səhər saatlarında ərazidən maşın çox keçir. Bu
səbəbdən ola bilsin ki, tıxac yaranıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6618

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031