Putinin "qara günləri" başlayır

28.04.2014 - 12:07

Rusiya prezidenti “Ukrayna siyasəti”lə varidatını itirə bilərRusiya prezidenti “Ukrayna siyasəti”lə varidatını itirə bilər

“Rusiya Cenevrə sazişinə uyğun olaraq Ukrayna böhranının həlli üçün
əlini də tərpətməyib”. Bu bəyanatla ABŞ prezidenti Barak Obama aprelin
27-də Malayziyada çıxış edib. Obamanın fikrincə, Rusiyanı başa salmaq
lazımdır ki, Ukrayna hadisələrinə görə beynəlxalq birliyin təcridi ilə
üzləşib.
ABŞ prezidenti şərqi Ukraynada silahlı separatçıların
hərəkətlərini işarə vuraraq, “Rusiya kömək üçün əlini də tərpətməyib.
Əksinə, onların indi baş verən hadisələri qızışdırdığına dairə
təkzibolunmaz faktlar var” deyib.
Obama əlavə edib ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar məsələsində birgə hərəkət etməlidir.
ABŞ prezidenti etiraf edib ki, Rusiyanın Cenevrə sazişinə əməl edəcəyinə əvvəldən inanmayıb.

Makkeyn Obamanın Rusiya siyasətini sərt tənqid etdi

Senator Con Makkeyn də Ukraynadakı son durumla bağlı bəyanatla çıxış
edib. O, bildirib ki, dövlət katibi Kerrini Rusiyanın Ukrayna ilə bağlı
üzərinə götürdüyü son öhdəlikləri yerinə yetirmədiyini açıq formada
dediyinə, bəzi həqiqəti danışdığına görə alqışlamaq lazımdır: “Problem
ondadır ki, Kerrinin bəyanatları və hədələri Putinin davranışını
dəyişməyə qadir olan administrasiya tərəfindən dəstəklənmir. Bu çox
uğursuz sxemdir. Bu istər Ukrayna, Suriya, Asiya və ya başqa yerlər
olsun. Adeministrasiya çox danışır, amma əməldə az iş görür. Ukrayna isə
bunu ABŞ-ın zəif mövqeyi kimi qəbul edir və buna görə hesab ödəyir.
Nəticədə Putin situsiyada diqqtə edərək, yeni aqressiyalar barədə
düşünür. Bütün bunların məntiqi sonu kimi hazırda Ukraynanın şərqində
vəziyyət heç zaman olmadığı kimi kritikdir və konfiliktə çox yaxındır.
Boş hədələr susqunluqdan da faciəvidir”.
Con Makkeynin fikrincə,
hazırda qətiyyətli addımlar atmağın zamanı gəlib. ABŞ Putinin xarici
siyasətdə əsas silahı olan Rusiyanın iri banklarına, enerci
kompaniyalarına və iqtisadiyyatın silah sənayesinə qarşı  sanksiyalar
tətbiq etməlidir.

ABŞ Putinin pullarının sayını və yerini bilir

Artıq bazar ertəsi ABŞ prezidenti Barak Obamanın administrasiyası
Rusiyaya qarşı yeni sanksiyaları elan edə bilər. Bu barədə isə “The New
York Times” nəşrində Piter Beyker yazıb.
O qeyd edib ki, sanksiyalar Putinin şəxsi maliyyə  vəsaitlərinə qarşı yönəlib.
“Obama
administrasiyası siqnal göndərir ki, Rusiya liderinin pullarını harda
gizlətdiyini bilir və o sanksiyaların təsiri altına düşə bilər”, – deyə
müəllif yazır.
Beykeri fikrincə, sanksiyalar Rosneft rəhbəri Iqor Seçinə və Qazprom rəhbəri Aleksey Millerə də aid edilə bilər.
“Obama
administrasiyasında bəzi adamlar Putinin var-dövləti ilə bağlı ABŞ
tərəfindən məlumatların açıqlanmasının tərəfdarı kimi çıxış edirdilər
ki, rusiyalılar onun əsl simasını görsün. Ancaq bu təklif Ağ Evdə
müqavimətlə üzləşirdi”, – deyə Beyker yazır.
Müəllif qeyd edir ki, 
Konqresdə bəzi qanunvericilər AB hökumətini Putinin maliyyə
vəsaitlərinin təxmini həcmini açıqlamağa məcbur edəcək qanunun qəbulu
ilə bağlı danışıqlar aparır.

Rusiyanın Ukraynadakı baş diversantı üzə çıxdı

Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat
Idarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik
edən Iqor Strelkov ilk dəfə üzə çıxıb və özünü komandan elan edib.
Virtualaz.org-un
məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarına bağlı LifeNews
internet telekanalı Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində
mətbuat konfransı keçirən Strelkovun görüntülərini yayıb.
Reportajda
bildirilir ki, qondarma “Donetsk Xalq Respublikası”nın müvəqqəti
“hökumətinin” rəhbəri Denis Puşilin özünümüdafiə qüvvələrinin
komandanının bundan sonra Iqor Strelkov olduğunu və Ukraynanın
cənub-şərqində qurulmuş blok-postların ona tabe olduğunu açıqlayıb. Bu
zaman I.Strelkovun hansı ölkə vətəndaşı olduğu və əvvəl nə işlə məşğul
olduğu açıqlanmayıb.

Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti Strelkovun yüksək
rütbəli QRU zabiti olduğunu müəyyən edib və onun Moskva ilə telefon
danışıqlarını qeydə alıb. Telefon danışıqlarından məlum olur ki,
Strelkov bundan əvvəl Krımda QRU- nun diversiya əməliyyatlarına
rəhbərlik edib, daha sonra Ukraynanın şərqinə göndərilib. Hazırda o,
Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Slavyanskda
keçirdiyi mətbuat konfransında Strelkov qısa yazılı bəyanat oxuyub.
Daha
sonra o, “Komsomolskaya Pravda” qəzetinə videomüsahibə verərək deyib
ki, onun tabeçiliyində olan qüvvələr Ukrayna hərbçilərinə və onların
blok postlarına atəş açmaq əmri alıb. QRU zabiti deyib ki, əgər
özünümüdafiə qüvvələrinin mövqelərinə hücumlar dayandırılmasa onlar
Ukrayna hərbçilərini öldürməyə hazırdır. “Biz başa düşürük ki, əgər biz
onları öldürməyə başlasaq, hansı ki, bizim belə imkanımız var, biz öz
qardaşlarımızı öldürmüş olacağıq. Bunu bizim düşmənlərimiz başa düşür və
istifadə etməyə çalışır, çağırışçı əsgərləri üstümüzə göndərir. “Sağ
sektor”un və Milli Qvardiyanın üzvləri isə onların arxasında gizlənir.
Belə vəziyyət yaranıb ki, biz ekstremistlərə və muzdlulara atəş açmalı
olsaq istər-istməz Ukrayna ordusunun əsgərlərini də vurmuş olacağıq”, –
deyə Strelkov bildirib.
Strelkov onun dəstəsinin üzvlərinin yaxşı
döyüş təcrübəsinə malik olduqlarını, Rusiya və Ukrayna ordusunun
sıralarında xidmət keçdiyini deyib. Bildirib ki, Çeçenistanda, Orta
Asiyada, keçmiş Yuqoslaviyada, Iraqda döyüşən çoxlu adamlar onlara
qoşulub. QRU zabiti sərəncamlarında kifayət qədər silah-sursat olduğunu
da deyib. Bildirib ki, bu silahlar milis bölmələrindən və Ukrayna
ordusunun hərbi hissələrindən ələ keçirilib. Strelkov “əhalinin 80
faizdən çoxunun Rusiyaya birləşmək istədiyini” də deyib.

LifeNews kanalının yaydığı digər xəbərə görə, Donetskin “özünümüdafiə
qüvvələri” Ukrayna Təhlükəsizlik Xidmətinin üç yüksək rütbəli zabitini
ələ keçiriblər. Kanal əsir götürülən hərbçilərin görüntülərini də yayıb.
Kadrlardan
görünür ki, onların şalvarları soyundurulub və ikisinin gözləri
bağlıdır. Bildirilir ki, əsir götürülənlər podpolkovnik, mayor və
kapitan rütbəlidir. Onların Qorlovka şəhərinə daxil olaraq yerli milis
idarəsinə nəzarət edən separatçı Iqor Bezleri tutmaq əmri aldıqları
açıqlanıb. Iqor Strelkov Ukrayna təhlükəsizlik Xidmətinin zabitlərinin
ancaq bir şərtlə azad oluna biləcəyini deyib: onların “oğurlanan”
əməkdaşları və yoldaşları buraxılsın. Əsirlərin “Alfa” xüsusi təyinatlı
dəstəsinin üzvləri olduqları bildirilir

ATƏT-in əsir götürülən ekspertlərindən biri buraxılıb.

Bu arada Donetsk vilayətinin Slavyansk şəhərində separatçılar mətbuat
konfransı keçiriblər. Onlar mətbuat konfransına girov götürdükləri
beynəlxalq hərbi müşahidəçiləri də gətiriblər. ATƏT-i təmsil edən hərbi
müşahidə missiyasının rəhbəri, Almaniyadan olan Aksel Şnayder bildirib
ki, artıq bir neçə gündür, girov götürülüblər. Şnayder deyib ki, onları
əvvəlcə heç bir şəraiti olmayan zirzəmidə saxlanılıblar. Idi
saxlanıldıqları yer isə nisbətən yaxşı şəraitdədir. Şnayder özlərini
hərbi əsir saymadıqlarını, Slavyansk şəhər rəhbərliyinin qonağı
olduqlarını deyib.
ATƏT müşahidəçilərilə birlikdə girov götürülmüş ukraynalı zabitlərin taleyindən isə heç bir xəbər yoxdur.

Slavyansk şəhərini ələ keçirmiş terrorçular ATƏT-in 7, Ukrayna
ordusunun 5 nümayəndəsini girov götürüblər. Terrorçular onları həbs
olunmuş dostları ilə dəyişməyi təklif edirlər.

Assosiated Press xəbər verir ki, səir götürülən ATƏT ekspertlərindən
biri buraxılıb. Agentliyin fotoqrafı ekspertlərdən birinin ATƏT
missiyasının təmsilçisi ilə maşına minərək ərazidən uzaqlaşdığını görüb.

Separatçılar aprelin 27-də Donetsk televiziyasının binasına da ələ
keçiriblər. Onlar binanın üstündə “Donetsk Xalq Respublikası”nın
bayrağını qaldırıblar. Onlar hərəkərlərini efir vaxtı istəmələri ilə
əsaslandırıblar. Bir müddətdən sonra isə separatçılar binanın üstündən
asdlqları bayrağı da götürüb, gediblər.

 

Azadliq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=6621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930