Gəncə Dövlət Universitetndə tədbir

28.04.2014 - 12:36

Gəncə Dövlət
Universitetində Mirzə Şəfi Vazehin 220-illiyinə həsr olunmuş elmi-praktik
konfrans kecirilmişdir

Gəncə Dövlət
Universitetində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyi
ilə bağlı elmi-praktik konfrans keçirilib. Konfransda universitetin
müəllim-tələbə kollektivi iştirak edib. Konfransı giriş sözü ilə açan
universitetin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə elm, mədəniyyət
beşiyi olan qədim Gəncə şəhərinin yetişdirdiyi dühalardan danışdı.
Bildirdi
ki, onların arasında “Gəncəli müdrik” kimi tanınan Mi.Ş.Vazehin ədəbi
fəaliyyəti xüsusi önəm kəsb edir. Onun ədəbiyyata verdiyi töhfələr nəinki
Azərbaycanda, eyni zamanda, dünyanın müxtəlif ölkələrində, rus, fars, sanskrit,
çin, fransız, ingilis, italyan, latın, polyak, alman, yunan, rumın, macar, ərəb
və başqa dillərə tərcümə olunaraq yayılıb.

Sonra Mirzə Şəfinin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinlənildi. “Mirzə
Şəfi Vazeh poeziyası zahiri, batini və bəşəri kontekstdə” mövzusu ilə
ətraflı çıxış edən GDU-nun filologiya fakültəsinin dekanı, professor Mübariz
Yusifov ədibin yaradıcılığını geniş təhlil etdi. Məruzə ilə bağlı GDU-nun
pedaqoji fakültəsinin dekanı, professor Bayram Apoyevin sualları
cavablandırıldı.

İkinci məruzə ilə çıxış edən universitet pedaqogika və təhsilin əsasları
kafedrasının müdiri, dosent Allahverdi Qocayev “Mirzə Şəfi Vazehin
pedaqoji baxışları” mövzusunda ətraflı məlumat verərək şairin həyat və
yaradıcılığında yer almış bir neçə maraqlı faktları üzə çıxardı. Məruzələrdən
sonra yazıçı-həkim Zaur Quliyev və Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının
Gəncə şöbəsinin sədri, əməkdar incəsənət işçisi, şair-dramaturq Sahib İbrahimli
çıxış edərək bu toplantının əhəmiyyətindən söhbət açdılar. Həmçinin konfransda
Mirzə Şəfinin ədəbi irsinin öyrənilməsi üçün bir neçə fənnin seçmə fənn kimi
tədrisinə başlanması və Gəncə şəhərində “Divani- hikmət” ədəbi
məclisinin bərpa olunması təklifi irəli sürüldü.

Sonda çıxış edən YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbənin müdiri,
fəlsəfə doktoru Hüseyn Budaqov konfransın yüksək səviyyədə təşkil olunduğunu,
konfransda dəyərli məruzələrin dinlənildiyini vurğuladı. Universitetin
professor-müəllim, tələbə kollektivinə uğurlar arzuladı.

Short URL: http://www.cumhuriyyet.net/?p=6622

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930