Məmur övladlarının növbəti avtoşluq görüntüləri üzə çıxdı- VİDEO

28.04.2014 - 12:59

Məmur övladlarının növbəti avtoşluq görüntüləri üzə çıxdı- VİDEO

“Porşe Panamera” markalı maşının üzərindəki dövlət nömrə nişanının həmin avtomobilə aid olmadığı məlum olub, işin içində yenə də Məmmədovların adları hallanır 
Bir müddət əvvəl ölkə mətbuatına bomba kimi düşən məmur övladlarının avtoşluğu ilə bağlı videogörüntülərə daha biri əlavə olunub. JAM.AZ xəbər verir ki, növbəti belə videogörüntü “Yeni Müsavat” qəzetinin elektron ünvanına daxil olub. 
Həmin videonu göndərən R.Bağırov adlı şəxs iddia edir ki, avtoşluq edən bu maşınların hamısı Məmmədovlara məxsusdur. Görüntüləri mətbuata ünvanlamaqda məqsədi isə Məmmədovların taksi sürücülərini incitməsidir. 
Məsələ ilə bağlı araşdırma aparan JAM.AZ bir sıra maraqlı məqamlara aydınlıq gətirməyə bacarıb. Belə ki, avtoşluq edən maşınlardan birinin nömrəsi 10 NO 004 dövlət nömrə nişanlı “Porshe Panamera” markalı maşının konkret olaraq kimə məxsus olduğu sistemdə belə mövcud deyil. Bəzi mənbələrlə dəqiqləşdirmə zamanı aydınlaşıb ki, bu dövlət nömrə nişanı 2-3 il bundan əvvəl Məmmədovlardan birinə məxsus olub. Lakin həmin müddətdən sonra bu nömrənin kimə verildiyi bəlli deyil. 
Digər bir maşın 10 AZ 458 dövlət nömrə nişanlı “Mersedes S65 AMG” markalı maşının isə başqa bir məmurun oğluna məxsus olduğu da artıq JAM.AZ tərəfindən dəqiqləşib. Lakin bununla bağlı bəzi xırda detalların da araşdırılmasına ehtiyac var ki, bu səbəbdən də həmin məmurun və onun yaxın qohumunun adını açıqlamırıq. 
Videogörüntülərdəki digər avtomobillərin də kimlərə məxsus olduğunu dəqiqləşdirməyə çalışırıq. 
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Kamran Əliyevəl bununla bağlı əlaqə saxladıq. Kamran Əliyev JAM.AZ-a bildirdi ki, qeyd olunan dövlət nömrə nişanı (10 NO 004) həqiqətən də “Porshe Panamera” markalı maşına aid deyil. Lakin mətbuat xidmətinin rəhbəri bu nömrənin konkret olaraq kimə məxsus olması barədə məlumat vermək səlahiyyətlərinin olmadığını dilə gətirib. O həmçinin bu görüntülərlə bağlı araşdırma aparacaqlarını da qeyd edib.   

Short URL: http://www.cumhuriyyet.net/?p=6624

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930