Bakı bulvarındakı qiymətlər Avropadan da yüksəkdir

28.04.2014 - 14:47

Bakı bulvarındakı qiymətlər Avropadan da yüksəkdir

Bakının Dənizkənarı Milli Parkında attraksionlar kimi sevindirir: sakinləri, yoxsa həmin attraksion sahiblərini?
“Media forum” saytının məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov bu barədə danışıb.
O deyib ki, yeni qurulmuş attraksion-panoramadan istifadə adambaşına 5 manatdır: “İkiuşaqlı ailə ayda cəmi iki dəfə yalnız bu xidmətdən istifadə etsə, 40 manatından keçməli olar. Bu isə o deməkdir ki, dənizkənarı bulvarda sadəcə bir xidmətdən istifadə üçün minimum əməkhaqqının 38, orta aylıq əməkhaqqının isə 10 faizini xərcləmək lazımdır”.
Ekspert qeyd edib ki, dənizkənarı bulvarda qiymətlərin süni şəkildə şişirdilməsi hətta orta təbəqə nümayəndəsi olan ailələrin də bulvardan səmərəli istifadəsinə imkan yaratmır: “Bakının dənizkənarı bulvarında qiymətlər Batumi bulvarı ilə müqayisədə 3.5, İstanbulun əsas parkı ilə müqayisədə 2 dəfə bahadır. Bir uşağın bulvardakı əyləncə xidmətindən istifadəsi xərci ölkə üzrə minimum əməkhaqqının 16 faizi qədərdir. Bulvardakı qiymətlər paytaxtın əksər əraziləri ilə müqayisədə ən azı 2 dəfə bahadır. Ancaq ölkənin əsas milli parkında xidmətlər yalnız varlılar üçün deyil, bütün vətəndaşlar üçün əlçatan olmalıdır.
Bakı bulvarındakı qiymətlər nəinki qonşu ölkələrlə, hətta Avropanın əksər dövlətləri ilə də müqayisəyə gəlmir. Minimum əməkhaqqının 105, orta əməkhaqqının 430 manat olan ölkədə 3 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir iqtisadi izahatı yoxdur. 
Milli Parkın formalaşdırılması fəlsəfəsinə uyğun olaraq orada qiymətlərin tənzimlənməsinə və maya dəyəri ilə uzlaşmayan süni qiymətlərə qarşı mübarizə aparmaqla xidmətlərin vətəndaşlar üçün əlçatan hala gətirilməsinə ehtiyac var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6628

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930