Vəfa Quluzadə həyəcan təbili çaldı
Vəfa Quluzadə həyəcan təbili çaldı
“Rusiyanın varlığı Azərbaycan üçün təhlükədir”. Bu sözləri “Axar.az”a politoloq Vəfa Quluzadə şimal bölgəsində vətəndaşlarımızın Rusiya pasportları alması xəbərinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, bu, çox ciddi məsələdir: “Tarix boyu bu ölkə Azərbaycana işğalçı gözü ilə baxıb. Çar Rusiyası dövründən indiyədək torpaqlarımız rus təcavüzünə məruz qalıb. Son dönəmdə Sovet imperiyası dağıldı, Rusiya Ermənistanın arxasında gizlənərək torpaqlarımızı işğal etdi. Yəni Rusiya daimi təhlükədir”. Politoloqun sözlərinə görə, bu hadisə ilə bağlı əməli addımlar atılmalıdır: “Hesab edirəm ki, Azərbaycanın hakimiyyəti bütün strukturları ilə bu təhlükəyə qarşı mübarizə aparmaq üçün gecə-gündüz işləməlidirlər. Putinin başında nə plan var, mən onu deyə bilmərəm. Amma Azərbaycan öz əhalisini, ərazi bütövlüyünü müdafiə etməli və buna hazır olmalıdır. Əgər şimalda bizim əhaliyə Rusiya pasportları paylanılırsa, bu barədə tədbir görülməlidir. Bu məsələyə həm də çox ciddi rəsmi reaksiya olmalıdır”. Xatırladaq ki, Azərbaycanın şimal bölgəsinin sakinləri Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb. Faktı Rusiyanın Azərbaycandakı səfirliyi təsdiqləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=6632