Ziya Məmmədov Qubanı Kəmaləddin Heydərova "uduzur"
Rayonda yeni
kadr dəyişikliyi gözlənilir; Yeni kuratorun yeni kadrı vəzifəyə gətirilirRayonda yeni
kadr dəyişikliyi gözlənilir; Yeni kuratorun yeni kadrı vəzifəyə gətirilir
Son vaxtlar medianın hədəfində olan Nəqliyyat Naziri Ziya Məmmədovun
kurasiyasındakı rayonlar əlindən alınır. Bu barədə hakimiyyətə yaxın mənbədən
daxil olan məlumatda bildirilir ki, nəqliyyat nazirinin zəiflədilməsi
prossesinin növbəti mərhələsində Ziya Məmmədov “rayonlarsız qalacaq”. Belə ki,
onun kurasiyasında olan rayonlar digər böyük oliqarxlar tərəfindən pay-püşk
ediləcək.
Göyçay, Zərdab və Ucarın isə vergilər naziri Fazil Məmmədov və dövlət
gömrük komitəsinin sədri Aydın Əliyev arasında bölüşdürüldüyü vurğulanır. Mənbəmiz
son günlər ciddi hücuma məruz qalan Z.Məmmədovun xüsusilə Quba və Ucarı əldən
verməmək üçün dirəniş göstərdiyini, ancaq fayda vermədiyini bildirir. Bununla
da həmin rayonlar əzəli düşməninin nəzarətinə keçib. O da qeyd olunur ki, bu
rayonlardan öncəliklə qısa zamanda Quba və Göyçayın icra başçıları dəyişdiriləcək.
Xatırladaq ki, Göyçayın icra başçısı Mənsur Məmmədov nazirin əmisi oğludur.
Üstündə üsyan belə çıxarılan Qubanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova
verildiyi bildirilir. Məhz Quba ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil
olub. Son günlər adı müxtəlif qalmaqallarda hallanan, şöhrət ordeni ilə təltif
edilmiş Quba rayon icra başçısı Mübariz Ağayev vəzifəsindən alınacağı
bildirilir. Bu haqda yayılan xəbərə görə bu vəzifəyə keçmış icra başçısının
müavini olmuş hazırda rayonun statisika idarəsinin müdri işləyən Sahib Məmmədov
gətirirlir. Bildirək ki, Milli Məclisin
Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin yaxın qohumu olan
Sahib Məmmədov 1 mart Quba hadisələrindən sonra vəzifəsindən çıxarılmışdı. İşdən
çıxarılan icra başçısının 1-ci müavini bir müddət işsiz qalmışdır.
Mübariz
Agayev talanı, yeni başçı ehtimalı
Bizə daxil olan məlumata görə Qubada
yaxın vaxtlarda icra başçısı postundan azad olunancaq 60 yaşlı icra başçısı Mübariz Agayev talançılıqda heç də devrilmiş icra başçısı
Rauf Həbibovdan geri qalmır. Rayondakı mənbəmiz
bildirir ki, Mübariz Ağayev Qubada başçı işlədiyi müddətdə 2 hektar sahədə özünə
möhtəşəm villa tikdirib. Rayonun parklarını
ayrı ayrı sahibkarlara satılmış, rayonda ticarətlə məşğul olan
sahibkarlardan nisyə tikinti matrialları alınaraq pulu verilməmişdir. Mübariz
Ağayev hazırda rayonun Qəçreş və Təngialtı
adlanan yerlərdə özünə restoran və istirahət mərkəzləri tikdirir. Vəzifədən
yaxın vaxtlarda alınacağını bilən icra başçısı rayonda torpaq satmaqla məşğuldur.İcra
baçısının vəzifədən çıxarılacağını və yerinə keçmiş icra başçısın müavini Sahib
Məmmədovun gətirilməsini rayonda idarə müəsisə rəhbərləri də bilir və bu səbəbdən
Sahib Məmmədovla isti münasibətlər qururlar.
Sahib Məmmədovun
qaranlıq işləri
Onu da bildirək ki, icra başçısı vəzifəsinə gətiriləcəyi deyilən Sahib Məmmədov 1 mart hadisələrin törədilməsində maraqlı
olan şəxslərdən biri olmuşdur. Onun hesablamalarına görə R.Həbibov istefaya
göndərildikdən sonra başçı vəzifəsinə təyin olunacaqdı. Lakin vəziyyət onun
hesablamaları ilə düz gəlmədi. Həbs olunma təhlükəsi ilə uzlələşən S.Məmmədovu
“agsaqqalları” bu təhlükədən çətinliklə qurtarmışdılar. Bildirək ki, Sahib Məmmədov
keçmiş icra başçısı Rauf Həbibovun rayona rəhbərlik etdiyi dönəmdə Qubada bir
çox cinayətlərlər törətmişdir. Quba hadisələrinin istintaqı zamanı Sahib Məmmədovun nəinki icra
başçısının birinci müavini işlədiyi dövrlərdə, hətta bundan əvvəl Quba rayon
Əhalinin Sosial Müdafiə Mərkəzinin sədri çalışdığı zaman yol verdiyi qanun
pozuntuları da prokurorluq tərəfindən aşkara çıxarılmışdır. İstintaq
araşdırması zamanı məlum olmuşdur ki, S.Məmmədov Mərkəz sədri işlədiyi dövrdə
ünvanlı sosial yardım alan yüzlərlə sakinə verilməli olan külli miqdarda vəsaiti
mənimsəyib. Belə ki, sakinlərə məxsus bankomat kartlarının hamısı Qam-qam kəndindəki
bankomatdan pul çəkilmək üçün istifadə olunurmuş. Təsadüfi deyil ki, əhali
arasında həmin bankomata indi də “Sahib bankomatı” deyilir. Birinci müavini
postuna yüksəldikdən sonra onun yerinə Canpolad Abbasov adlı şəxs təyin olunub.
Lakin o, qısa müddət sonra işdən çıxarılıb və həmin vəzifəyə S.Məmmədovun
qohumu Bəxtiyar Əhmədov təyinat alıb. B.Əhmədovun da qohumuna arxalanaraq
ünvanlı sosial yardımların mənimsənilməsində ad çıxarmışdır.
Bildirək ki,Quba rayon Əhalinin Sosial
Müdafiə Mərkəzi hazırda da Sahib Məmmədovun kurasiyasındadır.
Mənbəmiz bildirir ki, Quba rayonun keşmiş icra
başçısının keçmiş birinci müavini Sahib Məmmədov fövqəladə hallar nazirinin
kadrı kimi tanınır. Eləcədə mənbənin bildirdiyinə görə Sahib Məmmədov
və Vahid Əhmədov “1 mart Quba üsyanının” təşkilatçısı kimi tanınırlar. Sahib Məmmədov
həbsdən himayədarının sayəsində həbs olunmadan canını qurtarıb.
Nazirlərin Quba ugrunda savaşı: kim
uddu kim uduzdu
Bildirək ki, Quba nəqliyyat naziri Ziya Məmmədovun
kurasiyasında olub.Rauf Həbibovun başçı kimi prezidentə təqdim edən nazir buna
müvəffəq olur və sonra “1 mart Quba
üsyanı” baş verir və Ziya Məmmədov prezident tərəfindən tapdığı kadra görə
dalnanır. Bundan sonra nəqliyyat nazirinin Qubadan nəzarəti əlindən alınması məsələsi
gündəmə gəlir. Lakin həmin dönəmdə prezident tələskənlik etmir. Bir müddət gözləməyi
üstün tutur. Yenə də Ziya Məmədovun kadrı kimi tanınan Mübariz Ağayevi Qubaya
başçı göndərilir. Beləliklə Ziya Məmmədov Qubadakı kurasiyalığını əlində
saxlaya bilir. Quba kurasiyalığına göz dikən digər oliqarxlar bununla barışmır.
Hər zaman Qubanın nəqliyyat nazirinin kurasiyalığından çıxartdırıb öz himayəsinə
salmaq istəyən məmurlar buna qismən də olsa nail ola biliblər. Belə ki,
prezidenti inadıra biliblər ki ki,Qubanın kurasiyası başqa məmura verilərsə
rayon inkişaf edəcək.
Elə bu səbəbdəndir ki, yüksək çinli məmurlardan
biri Xaçmaz səfərində Sahib Məmmədovu qəbul edərək ona başçı olacağı ilə bağlı “şad”xəbəri verib.Mənbəmiz
bildirir ki, Mübariz Ağayevin prezident tərəfindən təltif olunacağını Sahib məmmədov
fövqəladə şefi ilə görüşdən sonra bilib və bu barədə yaxın çevrəsi ilə Qubadakı
məclislərin birində deyib. Həmin məclisdə iştirak edən mənbəmiz bildirir ki,Sahib Məmmədov bildirib ki yaxın
bir ayda Mübariz Ağayevə “Şöhrət “ordeni veiləcək.”Və təltif olunmadan 10 gün
sonra Mübariz vəzifəsindən yaşına və səhhətindəki xəstəlikə görə çıxarılacaq.
Bundan sonra İcra başçısı mən olacam”Sahib Məmmədov öz çevrəsini əmin edib.
Bildirək ki, mənbəmizin dediyi kimi olub. Hələlik birinci etap düz çıxıb.
Mübariz Ağayev prezidentin sərəncamı ilə “şöhrət ” ordeni ilə təltif olundu. Beləliklə başçının yaxın vaxtlarda vəzifəsindən
çıxarılacağı real görünür.
“Şöhrət “ordeni almış başçı
sahibkarların pulunu vermir
Bu arada mənbəmiz qeyd edir ki, hazırki icra
başçısı Mübariz Ağayevin yeni təyin olunmuş
bir müavini Afət Hüseynova da Qubanın yeni kuratoru olacaq
oliqarxın göstərişi ilə müavin təyin
olunub. Hazırki birinci müavin Yusif Abidov da eyni məmurun rayondakı kadrı
sayılır. Mübariz Ağayev icra başçısı təyin olunnandan bir müddət sonra Rauf Həbibov
tərəfindən işdən qovulan Yusif Abidov yenidən icra başçısının birinci müavini
olur.Rayondakı mənbəmiz bildirir ki Yusif Abidov fövqəlkadə şefinin bölgədəki
obyektləriniə nəzarət edir.Hər iki müavin Yusif Abidov və Afət Hüseynova qeyri
rəsmi keçmiş icra başçının birinci müavini Sahib Məmmədova tabedir. Onlar
hesabatı Sahib Məmmədova verirlər. Mənbə bildirir ki, bununlada Qubada bir nömrəli
adamın Sahib Məmmədov olması sübut olunur. Sahib Məmmədovun Quba rayon icra
başçısı gətirilməsi ilə də rayonun Ziya Məmmədovun əlindən alındığı tam sübuta
yetirilmiş olacaq. Mənbəmiz iddia edir ki artıq Sahib Məmmədov özünü rayonda
başçı kimi aparır.İndidən bir çox idarələrə göstəriş belə verir.Mənbələrmizdən
biri bildirir ki,ötən həftə Qubada sahibkarlar icra başçısı Mübariz Ağayevdən
pullarını alamq üçün etiraz aksiyası
keçirmək məqsədi ilə Bakı-Rostov yolunu
bağlamaq istəyirlər.
“1 mart Quba üsyanın” müəllifləri “sahibkar
üsyanı” hazırlayır
Mənbəmiz bildirir ki,sahibkarların qızışdırılıb
meydana salınması isə Sahib Məmmədov təşkil edib. Sahibkarları əmin edib
ki,icra başçısı Mübariz Ağayev tərəfindən
alınmış tikinti matrialların pulunu verməyəcək. Narazı və aldadılmış
sahibkarları bir yerə yığıb söhbət edən Sahib Məmmədov bildirib ki, Qubanın
icra başçısı qubalı olmalıdır. Qıraqdan gələn hər bir başçı belə hərəkətlər
edir. Amma yerli adam icra başçısı olanda bunu yerli kimi etməz. Və
sahibkarlara bildirb ki,yaxın vaxtlarda icra başçısı vəzifəsindən
alınacaq,yerinə qubalı gətiriləcək. Görüçdə olan sahibkarlardan biri
redaksiyamıza bildirib ki, ondan soruşublar ki, yeni təyin olunacaq qubalı kim
olacaq.S.Məmmədov buna cavab verməyib yalnız gülüş siması yaradaraq.”hər şey
yaxşı olacaq”deyərək sahibkarlarla görüşü bitirib.S.Məmmədov icra hakimiyyətindən
işlədiyi dönəmdə icrada işləmiş mənbəmiz
bildirik ki, “1 mart Quba üsyanın “təşkil olunmasında keçmiş icranın keçmiş
birinci müavini Sahib Məmmədov
maraqlı olan şəxslərdən biri olmuşdur.Onun fikrincə “üsyandan”sonra icra başçısı olacaqmış.Amma
alınmaışdır.İndi isə Sahib Məmmədov dəqiq bilir ki,icra başçısı gətirilir.Bunu
bir azda tezləşdirmək və hazırki icra başısı haqqında da mənfi rəy yaratmaqla
sübut etmək istəyir ki,Qubanı yaılnız yerli kadr idarə edə bilər.Mənbəmiz
bildirir ki,beləliklə növbəti həftədə Qubada sahibkarlaırn üsyanı gözləniləndir.Təlimatlandırılmış
sahibkarlar icra başçısı tərəfindən aldadığlarını və başçıya snisyə verdikləri
tikinti matriallarının pulunu istəmək üçün Bakı-Rostov avtomaqıstiralını
bağlayacaqlar.Mənbəmiz iddia edir ki, sahibkarların etiraz aksiyasına başçı tərəfindən
işlədilərək zəhmət haqlarını ala bilməyən
fəhlələrdə qoşulacaq. Bundan
əlavə yerli sakinlər bildirir ki, hazırki icra başçısının etdiyi qanunsuz hərəkətlərini
görərək keçmiş “devrilmiş”icra başçısı Rauf Həbibova şükür edirlər.
Elçin Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=6638