Daha bir məmurun adı nurçuluqla hallandı

28.04.2014 - 23:39

Nurçuluqla bağlılıqda adı hallandırılan dövlət rəsmilərindən biri də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovdur
Nurçuluqla bağlılıqda adı hallandırılan dövlət rəsmilərindən biri də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovdur

Jurnalist Eynulla Fətullayev Elşad İsgəndərovun Türkiyə baş naziri Rəcəb
Tayyib Ərdoğanın təqdim etdiyi siyahıda olduğunu iddia edir.
“Virtualaz.orq” saytı, komitə sədrinin Fətullah Gülənin təsirinə 2000-ci
ildə, Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyərkən
düşdüyünü yazıb. Daha sonra İslam Konfransı Təşkilatı Gənclər Forumunun
baş katibi olarkən hərəkata xidmət etməkdə davam etdiyi deyilir.
Araşdırma ilə bağlı Elşad İsgəndərovun Nyu-York və İstanbulda “Hizmət
hərəkatı”nın əsas simaları ilə birgə fotoları da yayılıb. Ərdoğanın
siyasındakı ikinci adam hesab edilən Elşad İsgəndərovla adı nurçuluqda
hallanan daha bir məmur Elnur Aslanovun birlikdə ölkədə nurçu
ədəbiyyatının populyarlaşması üçün konkret fəaliyyət planı işləyərək
hazırlandığı, Dövlət Komitəsinin həmin ədəbiyyatın nəşrini
maliyyələşdirdiyi deyilir.
Elşad İsgəndərov barədə yazılanların absurd olduğu deyildi. “Hizmət
hərəkatı” üzvlərilə birgə çəkildiyi iddia edilən fotoların komitənin
tədbirlərində çəkildiyi söylənildi. Dövlət Komitəsinin rəsmisi
ümumilikdə “DQİDK”nın yalnız rəsmi fəaliyyətilə əlaqədar məlumatlara
münasibət bildirdiklərini, absurd və şəxsi qərəz xarakteri daşıyan
yazılara şərh vermədiyini açıqladı. “Sözügedən yazıda Dövlət Komitəsinin
fəaliyyətilə bağlı yalnız bir məqam var ki, o da tamamilə təhrif
olunub. Son 2 ildə “DQİDK” tərəfindən nurçuluq cərəyanını təbliğ edən
hər hansı bir ədəbiyyatın, təriqətçiliyi tərənnüm etdiyi səbəbilə, satış
və yayılmasına icazə verilməyib.”
Türkiyə baş nazirinin Azərbaycan səfərindən sonra nurçulara qarşı
mübarizənin gücləndiyini müşahidə etmək mümkündür. Ölkənin ayrı-ayrı
rayonlarında keçirilən əməliyyatlar zamanı 100-dən çox təriqət üzvü
saxlanılıb. Əməliyyat zamanı təriqətin banisi Səid Nursinin
“Risaleyi-Nur” kitabları müsadirə olunub.
Xatırladaq ki, Neftçala və İmişli rayonlarında Türk liseylərinə qəbul imtahanları ləğv edilib.
Ötən gün imtahana gələn şagirdlərin hamısı geri qaytarılıb. İmtahan
komisiyasından ANS-ə bildirilib ki, yerli rayon təhsil şöbələri Türk
liseylərinə qəbulla bağlı əvvəlcədən nəzərdə tutulan imtahanların
keçirilməsinə imkan verməyib. Lakin sonradan imtahanlar ümumiləşdirilmiş
şəkildə Şirvan şəhərində baş tutub.

Short URL: http://www.cumhuriyyet.net/?p=6640

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031