Cavid Qurbanov "Azəryolservis" ASC-nin pullarını harda yuyur?

28.04.2014 - 23:55

“Azəryolservis” ASC-nin idarələri və
rayon Yol İstismar İdarələri ildə iki dəfə “Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyin hesabına maliyyə vəsaiti göçürülür


“Azəryolservis” ASC-nin idarələri və
rayon Yol İstismar İdarələri ildə iki dəfə “Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyin hesabına maliyyə vəsaiti göçürülür


Bu barədə tapşırığın isə bir başa “Azəryolservis” ASC sədri Cavid Qurbanov tərəfindən verildiyi bildirilir.
Bu
barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, ildə iki dəfə Yol
İstimar idarələri və “Azəryolservis” ASC-nin şöbələri Cavid Qurbanovun
tapşırığına əsasən “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyin
hesabına maliyyə vəsaiti göçürürlər. Bu köçürmə əməliyyatının vacib
olduğu və bundan imtina edən idarə müdirinin qara siyahıya alındığı və
tezliklə işdən azad olunduğu bildirilir. Ona görə də təlimata qarşı
çıxmağı heç bir idarə müdiri fikrindən belə keçirmir. İctimai Birliyə
böyük miqdarda pul vəsaiti köçürən idarələrdən biri isə 71 saylı Yol
İstismar İdarəsi olduğu qeyd olunur. Həmin İdarənin müdiri Xəqani
Kazımov Cavid Qurbanovun ən yaxın adamlarından biri kimi tanınır.
“Aşıq
Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyinin hesabına köçürülən toplam
vəsaitin hər il yarım milyona yaxın olduğu qeyd olunur. “Aşıq Şəmşir”
 Mədəniyyət Ocağı İctimai Birliyində bu vəsaitlərin hara sərf
olunuduğunu isə heç kim bilmir.
Qeyd edək ki,
“Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyinə Aşıq Şəmşirin oğlu,
Azərbaycan Yazıçılar Birliynin üzvü, “Azəryolservis” ASC-nin sədri,
millət vəkili Cavid Qurbanovun atası Qənbər Qurbanov rəhbərlik edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=6641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930