"Siemens" Rusiyaya qarşı sanksiyaları dəstəkləyib

29.04.2014 - 10:18

“Siemens” Rusiyaya qarşı sanksiyaları dəstəkləyib

Almaniya və Avropa sənayesinin nəhənglərindən olan “Siemens” konserni Rusiyaya qarşı tətbiq olunan sanksiyalara ciddi əməl etmək fikrindədir. “Frankfurter Allgemaine Zeitung” qəzetininə məlumatına görə, bunu konsernin rəhbəri Co Kezer (Coe Kaeser) deyib. Bununla da “Siemens” Rusiyada iri layihələr həyata keçirməsinə baxmayaraq, ABŞ və Avropa Birliyinin qərarlarına tabe olan ilk iri alman şirkəti olub. C.Kezer şirkətin məruz qalacağı itkilərin həcmini qiymətləndirməkdən imtina edib.
Qeyd edək ki, “Siemens” bazar qiymətləndirməsinə əsasən Almaniyanın ikinci böyük şirkətidir. Konsern Rusiyanı sürət qatarları, onların proqram təminatı, eləcə də elektrik avadanlıqları, qaz turbinləri və kompressorlarla təmin edir. C.Kezer daha əvvəl Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşündə “qısamüddətli siyasi təzyiqlər”ə uymayacaqlarını bəyan edərək sanksiyalara qoşulmayacaqları barədə mesaj vermişdi(apa).
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930