Rusiya Azərbaycanı arxayın salır

29.04.2014 - 10:21

Rusiya Azərbaycanı arxayın salır

ANS TV-nin “Hesabat” verilişində qonaq olan Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin aktual məsələlərlə bağlı sualları cavablanıdırıb. O bildirib ki, Ukraynada baş verənlər Azərbaycanla münasibətlərə təsir göstərməyəcək: “Bizim münasibətlər normal, mən hətta deyərdim ki, yaxşı inkişaf edir. Iki qonşu və dost dövlət arasında münasibətlər, məhz belə inkişaf etməlidir. Aramızda aktiv siyasi dialoq gedir. Sizin xarici işlər naziri ancaq aprel ayında 2 dəfə Moskvada olub. O, çoxtərəfli tədirlərdə iştirak edirdi, amma onun bizim nazirlə ikitərəfli görüşləri də olmuşdu. Elə bax bu günlərdə Rusiya Federasiyasının iki iri bölgəsinin qubernatorunun Azərbaycana səfəri olmuşdu. Ilk dəfə Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Bakıda oldu. Ukraynada baş verənlər Azərbaycan və Rusiya arasındakı münasibətlərə heç bir neqativ təsir göstərmir. Bizim aramızda yaxşı ticarət əlaqələri var. Ötən il rekord qeydə alınmışdı. Bu il də temp yüksəkdir və yəqin ki, yenə rekord olacaq. Bizim maraqlı humanitar proqramlarımız var. Yəni hər şey yaxşıdır. Rusiya arasında çoxsaylı sənəd imzalanıb və onlarla biz Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq tanınmış sərhədlər çərçivəsində tanıyırıq”- deyə Doroxin bildirib. 
Səfir həmçinin Qarabağla bağlı narahatlığını da ifadə edib: “Əlbəttə, belə bir narahatlığım var. Belə ki, Rusiya ABŞ kimi və ABŞ da Rusiya kimi Minsk qrupunun həmsədrləridir. Düşünürəm ki, onlar arasında yaranmış narazılıq Qarabağ probleminin həlli istiqamətində aparılan müzakirələrə neqativ təsir edə bilər”.
Razi Nurullayev: “Doroxinin səsləndirdiyi fikirlər Kremlin bugünkü siyasətinin məntiqinə uyğundur”
Politoloq Razi Nurullayev hesab edir ki, indiki məqamda Rusiya Azərbaycanla münasibətləri normal saxlamaqda maraqlıdır və Azərbaycan da Rusiya ilə bağlı ehtiyatlı siyasət yürüdür: “Azərbaycan hakimiyyəti çalışır ki, Rusiyanı qıcıqlandıracaq addımlar atmasın. Ona görə də bu istiqamətdə ehtiyatlı siyasət yürüdür. BMT-də səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünə səs verilməsi də Dağlıq Qarabağ probleminin olmasından irəli gəlirdi. Bunun da Rusiyaya izahatı verildi. Rusiya da bu məsələdə Azərbaycana təzyiq göstərmədi. Ciddi fikir ayırlıqları olmadığına görə, tərəflər arasında qarşıdurma yaşanmır. Ancaq bu o demək deyil ki, Rusiya Azərbaycanın enerji siyasəti ilə, Qərblə münasibətlərilə razıdır. Bu məsələlər Rusiyanı narahat edir. Ancaq Rusiya bu gün iki cəbhədə mübarizə apara bilməz. Rusiya Ukrayna siyasətinə görə ciddi sanksiyalara məruz qalır. Azərbaycanla bağlı da eyni vəziyyəti yaşamaq Rusiyaya böyük zərbə olar. Doroxinin səsləndirdiyi fikirlər də, Rusiyanın bugünkü siyasətindən irəli gələn məntiqdir. Yaxın gələcəkdə də Rusiya-Azərbaycan münasibətlərində ciddi dəyişikliklərin olacağı gözlənilmir”.
 
Ekspert onu da bildirdi ki, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil: “Rusiya həmsədrlərdən biri olduğu üçün Qarabağla bağlı təkbaşına qərar qəbul edə bilməz. Bəzi ehtimallar səsləndirilir ki, Rusiya Dnestryanı və Qarabağı da özünə birləşdirmək istəyir. Ancaq bu, ATƏT-in prinsiplərinə ziddir. Sadəcə olaraq Rusiya Dağlıq Qarabağla bağlı siyasətində dəyişiklik etmək fikrində deyil. Rusiyanın Minsk qrupundakı fəaliyyəti münaqişənin həllinə töhfə vermək üçün deyil. Əksinə, Qarabağ faktoru Rusiyanın əlində “açar” rolunu oynayır və Azərbaycana təzyiq vasitəsidir”.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031