Nazarbayevdən şok: Bakı su altında qala bilər
Nazarbayevdən şok: Bakı su altında qala bilərMoskva Dövlət Universitetinin tələbələri qarşısında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev region dövlətlərinə, o cümlədən Azərbaycana ciddi təsir edə biləСЃək layihələrdən danışıb. Təklifini nəqliyyat dəhlizləri ilə bağlayan qazax lider öncə Minsk, Moskva, Astana və Almatı şəhərlərini birləşdirən sürət qatarından danışıb. Daha sonra o, Qara dənizlə Xəzəri birləşdirən “Avrasiya” gəmiçilik kanalının çəkilməsinin vacibliyini bildirib. “Yeri gəlmişkən, Qara dəniz – Xəzər kanalının layihəsi hələ çarın vaxtından işlənib, amma gerçəkləşdirilməyib”, – deyə Nazarbayev vurğulayıb. Qeyd edək ki, hələ Pyotrun zamanlarından bu kanalı çəkmək barədə layihələr düşünülür. Bu layihələrdə hər iki dənizi vaxtı ilə birləşdirilmiş Kuma – Manıç çökəkliyinin yenidən kanal halına salınması nəzərdə tutulur. Uzunluğu 500 kilometrə çatan çökəklik ən yüksək nöqtəsində dəniz səviyyəsindən 20 metr yüksək olur. Yəni çox xırda bir hissədə 20 metrdən bir az dərin kanal çəkməklə Xəzərlə Qara dənizi yenidən birləşdirmək mümkündür. Çökəklikdə 170-ə yaxın göl var ki, kanal çəkillərsə, bu göllər təbii yola birləşəcək. Amma bu kanalın ən mənfi xüsusiyyəti ondadır ki, o, Qara dənizlə Xəzər dənizinin səviyyəsini bərabərləşdirə bilər. Bu, gerçəkləşdirilərsə, Xəzər sahilində yerləşən bir çox şəhərlər, məsələn Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı, Rusiyanın Mahaçqala kimi iri şəhərləri su altında qala bilər. Sular Bakının mərkəzi tarixi hissəsini də götürə bilər. O cümlədən Yevlaxa qədər Azərbaycanın Mərkəzi Aran rayonları su altında qala bilər (ANS).
Short URL: http://www.cumhuriyyet.net/?p=6656