Neft pullarını göyə sovurmaq üçün yeni plan

29.04.2014 - 11:33

Neft pullarını göyə sovurmaq üçün yeni plan

2 ilə 30 milyard manat xərclənəcək 
Azərbaycan hökuməti neftdən əldə edilən pulları göyə sovurmaqda davam edir. Son illər əldə edilən neft gəlirlərini sosial layihələrə və xidmət sektoruna xərcləyən, habelə gələcəyi olmayan işlərə sərf edən hökumət yaxın 2 il üçün də planlarını qurub.
Məlumatlara görə, qarşıdakı iki ildə hökumət bir sıra layihələri həyata keçirmək üçün 30 milyardan artıq pul xərcləməyi hədəfləyib. Onun 6 milyard manatı Bakı şəhərinin kanalizasiya sisteminin yenilənməsinə sərf olunacaq. Kənddaxili yollar, infrastrukturun qurulması və digər bu kimi işləri həyata keçirmək üçün isə 10 milyard manat ayrılacaq. 
Həmin planda Zirə kəndinin ətrafında göydələnlərin ucaldılması da var. Bunun üçün isə 5 milyard manat nəzərdə tutulub. 6 milyard dolları isə digər layihələrin icrasına yönəldəcəklər. 
İndiyə qədər həyata keçirilmiş layihələrdən aydın şəkildə görünür ki, hökumətin hədəfi heç də qeyd olunan işləri görmək yox, həm də neftin pullarını mənimsəməkdir. Çünki bəzi layihələrdə şişirdilmiş qiymətlər çoxdan məlumdur. Bir körpünün 300 milyon manata başa gəlməsi, bunun bariz nümunələrindən biridir. 
Bu plandan isə belə başa düşülür ki, əsas hədəf heç də qeyd olunan işlərin görülməsi yox, neftin pullarını silməkdən ibarətdir. Və bu gələcək nəsillər üçün saxlanılmalı olan pulların havaya sovrulması və dağıdılması anlamındadır. (jam.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=6658

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930