Ceyhun Osmanlı yenidən MTN-ə aparıldı

29.04.2014 - 12:15

Ceyhun Osmanlı yenidən MTN-ə aparıldı

Aprelin 28-də millət vəkili Ceyhun Osmanlı növbəti dəfə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə aparılıb. 
Qafqazinfo.az-a daxil olan məlumata görə, ondan şahid qismində 3 saata yaxın ifadə alındığı qeyd edilir. Məlumatda bildirilir ki, MTN C.Osmanlının Gülən camaatı ilə əlaqələrini, həmçinin onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə yayılmış məlumatları araşdırır. Osmanlının ABŞ fondlarından aldığı yüksək məbləğdə qrantların hansı məqsədlərə yönəldildiyi və necə istifadə olunduğu barədə sorğulandığı deyilir.  
Qeyd edilir ki, C.Osmanlının deputat toxunulmazlığının ləğv ediləcəyi və ona qarşı cinayət işinin açılacağı da ehtimal olunur. 
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arif Babayev isə məsələni nə təkzib, nə də təsdiq edib. O bildirib ki, İctimaiyyətlə Əlaqələr Şöbəsində belə bir məlumat yoxdur
Qeyd edək ki, aprelin 19-da millixeber.com saytı C.Osmanlının MTN əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yaymışdı. Ancaq millət vəkili APA-ya açıqlamasında bu xəbəri təkzib edərək məlumatın əsassız olduğunu bildirmişdi. Halbuki, C.Osmanlı aprelin 18-də MTN-ə gətirildiyi və ondan 4 saat ərzində ifadə alındığı barədə məlumat da öz təsdiqini tapmaqdadır. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6660

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930