Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

29.04.2014 - 12:37

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Viza qadağası 23 Rusiya vətəndaşına şamil ediləcək
Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini bəyan edib. 
Sanksiyaları Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ilə əlaqədar tətbiq edilib. Söhbət aralarında dövlət strukturlarının nümayəndələrinin də olduğu 23 Rusiya vətəndaşına Yaponiyaya vizanın verilməsinə qadağadan gedir. Yapon hökuməti həmin şəxslərin adlarını hələ açıqlamayıb.
“Biz Rusiyanı təmkinli olmağa və məsuliyyətli davranış nümayiş etdirməyə çağırmalıyıq” – Yaponiyanın xarici işlər naziri Fumio Kusida belə deyib. 
Xatırladaq ki, mart ayında da Yaponiya Krımın ilhaq edilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar paketi tətbiq etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=6661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930