Əhməd Əhmədzadənin "10 manatlıq şirkətləri" və boz kardinalı

29.04.2014 - 12:42

Əhməd Əhmədzadənin “10 manatlıq şirkətləri” və boz kardinalı

Meliorasiya və Su Təsərrüfatı ASC-də maliyyə maxinasiyalarının və büdcə pullarının yuyulmasına rəhbərliyi ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovun nəzarət etdiyi iddia olunur…
Meliorasiya və Su Təsərrüfatı ASC-də hər il milyonlarla manat dövlət vəsaiti mənimsənilir. Bu mənimsəmə halları isə çox sadə qrafik üzərində baş verir. 100 min manatlarla vəsait öncə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayon idarələrinə köçürülür. Və əsasən daha böyük məbləğlər ASC sədrinə daha yaxın olan idarələrə köçürülür. Sonra isə həmin vəsaitlərin xərclənməsi üçün tenderlər təyin olunur və bir qayda olaraq həmin tenderləri heç kimin tanımıdığı şirkətlər udur. Daha sonra isə ayrılan vəsaitin izini belə tapmaq olmur. Çünki “10 manatlıq” şirkətlər bir neçə əməliyyatdan sonra bağlanılır.
Meliorasiya və Su Təsərrüfatı ASC-dən  daxil olan məlumatda göstərilir ki, artıq 2014-cü ildə Əhməd Əhmədzadə qaz vurub qazan doldurub. Daxil olan məlumatda göstərilir ki, Əhməd Əhmədzadə həmişəki kimi özünə yaxın su idarələrinə yanvar-mart aylarında yüz min manatlarla vəsait köçürüb. 
Misal üçün 2014-cü ilk 6 ayı üçün Qax Suvarma Sistemləri İdarəsinə 630 min, Quba Suvarma Sistemləri İdarəsinə 620  min, Oğuz Suvarma Sistemləri İdarəsinə 230 min, Zaqatala Suvarma sistemləri İdarəsinə 425 min, Şəki Su idarələrinə (Suvarma Sistemləri, Subartezan Quyularının İstismar və “Acı Nohur” Qış otlaqlarının Su Təsərrüfatı Sistemləri) İdarələrfinə  ümumilikdə 800 min manatdan çox vəsait ayırılıb. 
Bildirilir ki, adı çəkilən su və melorasiya idarələri ayrılan vəsaitləri tikinti matrealların, texnika avadanlıqlarının və digər mal matrealların alınmasına xərcləyiblər. Amma əslində “10 manatlıq MMC” vasitəsi ilə bu vəsaitlər mənimsənilib. Bütün bu vəsaitlərin mənimsənilməsinə nəzarəti isə Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov həyata keçirir. Daxil olan məlumatda göstərilir ki, Əjdər Cavadov Əhmədzadənin ən yaxın adamı və kassası olaraq bilinir. Rayon idarə müdirlərindən aylıq və illik “haqq-hesabı”da məhz Əjdər Cavadov alı rvə təbii ki, özüdə Əhməd Əhmədzadəyə hesab verir. Elə “10 manatlıq MMC”-lərdə Əjdər Cavadovun nəzarəti altında yaradılır və sonradan onun tapşırığı ilə ləğv edilir.
Belə şirkətlərin adları əsasən “Təkamül” MMC,  “Təməl” MMC, “Tarıyel” MMC, “Abadlıq” MMC, “Cəlil” MMC, “Şans” MMC, “Tərəqqi” MMC, “İlqar” MMC, “Birlik” MMC və digərlərini misal göstərmək olar. Məlumatlı mənbə qeyd edir ki, su idarə müdirlərinin həyata keçirdikləri alqı-satqı və işlərin görülməsi haqqında saxta sənədlərin tərtib olunması və tenderlərin hansı MMC-nin udması işlərini, qiymətlərin bir neçə dəfə şişirdilməsi Əjdər Cavadovun birbaşa rəhbərliyi ilə həyata keçirilir. Mənimsənilən vəsaitlərin böyük hissəsi də son olaraq məhz Əjdər Cavadovun kabinetində toplanır.
Mənbə həmçinin iddia edir ki, elan olunan tenderlərin qiymətinin 20 faizi əvvəlcədən nəqd şəkildə alınır və bu vəsaitin hara yollanıldığı çoxları üçün qaranlıq qalır. 
(pia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=6662

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930