Rektorun mənimsədiyi yarım milyon

29.04.2014 - 12:45

Rektorun mənimsədiyi yarım milyon

Azərbaycan Aqrar Universitetinin rəhbərliyi çətin vəziyyətlə üzləşib
Təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb; 230 “ölü can” ştatının maaşlarından mənimsənilən vəsait əslində 270 min yox, 500 min manatadan çoxdur…
PİA.AZ daxil olan məlumata görə Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalarda müxtəlif şəxslərin adına yazılan 230 “ölü”ştat əməkhaqqı maxinasiyası nəticəsində mənimsənilən 270 min manat vəsait təhsil ocağının rəhbəri İbrahim Cəfərovu çətin vəziyyətə salıb. 
Daxil olan məlumatda göstərilir ki, həyata keçirilən maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verib. Belə ki, Aqrar Universitetin nəzdində olan  5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparam işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb.
Bundan başqa Universitetin 4 labaratoriyasında 70 -dən çox şəxsin adı iş cədvəlində yazılsada əmək haqqılar rektor İbrahim Cəfərova çatdırıldığı bildirilir. Məlumatlı mənbə bildirir ki, 230 “ölü can” ştatının maaşlarından mənimsənilən vəsait əslində 270 min yox, 500 min manatadan çoxdur.  Ancaq rektor İbrahim Cəfərov mənimsənilən vəsaitin bir hissəsinin  azaldılmasına “nail” olub.
Bildirir ki, Universitet rəhbərliyi adı çəkilən tədqiaqat mərkəzlərinin və labaratoriyaların adına yazılan müxtəlif növ dərman pereparatlarının, avadanlıqların  həmçinin görülən tədqiqatlarda yanacağın istifadə olunmasını sənədləşdirərək il boyu külli miqdarda vəsiat mənimsəyiblər. 
Xatırladaq ki, PİA.AZ Azərbaycan Dövlət Aqrar Universitetində baş verən maliyyə maxinasiyaları ilə bağlı daha əvvəllərdə oxucularına məlumat vermişdi.
Qeyd edək ki, Aqrar Universitin rəhbəri İbrahim Cəfərovun  rektor təyin ediləndən sonra əldə etdiyi vəsaitlər hesabına yaratdığı biznesa strukturu və obyektləri ilə bağlı redaksiyamıza göndərilən informasiyanı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=6663

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930