Rusiya sanksiyaların acı nəticələr verdiyini etiraf etdi

29.04.2014 - 15:09

Rusiya sanksiyaların acı nəticələr verdiyini etiraf etdi

Rəsmi Moskva ABŞ-ın Rusiya tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına acı nəticələr verdiyini təsdiqləyib. 
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuata açıqlamsında deyib ki, bu sanksiyalar əsasən Rusiyanın yüksəktexnologiyalı müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərəcək: “Biz artıq bunun ciddi bir problem olduğunun şahidiyik. ABŞ-dan Rusiyanın kosmik aparatları üçün alınan yüksəkkeyfiyyətli texnologiyaları ixrac etməməsi bu sahəyə ciddi təsir etməkdədir”.
Ryabkov onu da bildirib ki, Rusiya Asiyadakı ölkələrə görə ABŞ və Avropa Birliyi ilə əlaqələrini kəsmək niyyətində deyil: “Rusiyanın ABŞ və AB əvəzinə Asiya ölkələri ilə əlaqə qurmaq haqqında deyilənlər yalandır. Biz sadəcə olaraq Uzaq Şərq bölgəsini inkişaf etdirmək istəyirik. Çin və digər Cənub Şəqri Asiya ölkələri ilə əməkdaşlıq Qərblə əməkdaşlıqdan imtina etmək deyil. Bu, sadəcə olaraq, çoxvektorlu siyasətin tərkib hissəsidir”.
Nazir müavini Ukrayna probleminə toxunaraq deyib ki, Rusiya Ukraynada yeni Krım ssenarisini reallaşdırmaq niyyətində deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=6668

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930