Deputat icra başçılarını ittiham etdi

29.04.2014 - 16:26

Vahid Əhmədov: “İcra hakimiyyəti və başqa məsul şəxslərin icazəsi olmadan daşı-daş üstünə qoymaq olmaz”

 

Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın şəhər və
rayonlarında inşa olunan yeni tikililərlə bağlı aparılan araşdırma maraq
doğurur. Araşdırma zamanı şəhər və rayonların memarlıq xidmətləri (Baş
memarları) tərəfindən razılaşdırılmış şəhərsalma sənədləri araşdırılıb.
Nəticədə məlum olub ki, bu sahədə mövcud olan qanunvericiliyin, norma və
qaydaların tələbləri tez-tez pozulur. Belə ki, tikintisi nəzərdə
tutulan obyektlərin konkret ərazidə yerləşdirilməsi ərazi
planlaşdırılması baxımından yetərincə əsaslandırılmır, bir çox hallarda
yaşıllıqların məhv edilməsinə yol verilir, layihələr mövcud Baş plana və
ya müfəssəl planlaşdırma layihəsinə uyğun gəlmir, ərazinin tikinti
sıxlığı və şəhərsalma reqlamenti pozulur. Tikintiyə icazə verilməsi
barədə qəbul olunan qərarların heç biri Ümumi Tikinti Reyestrinə daxil
edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməyib.
Müxtəlif  layihə təşkilatları və firmalar tərəfindən hazırlanan
layihələrin memarlıq planlaşdırma həlləri, istər sənədlərin dəsti, yəni
komplekt şəkildə olması baxımından, istərsə də məzmun baxımından mövcud
standartların tələblərinə cavab vermir.

Şəhər və rayonların memarlıq xidmətləri tərəfindən ilkin şəhərsalma
sənədləri və ayrıc aktları olmadığından layihələndirməyə başlama
mürəkkəbləşir və  ya mümkün olmur. Buna görə də layihəçilər tərəfindən
göstərilən tələbləri pozaraq memarlıq-planlaşdırma göstərişləri və
sahələrinin ayrıc aktı olmadan icra hakimiyyəti orqanlarına sifarişçinin
istəyi ilə mürəkkəb tiklilərin yalnız “eskiz layihəsi” təqdim olunur
ki, bunlar da əsasən həmin İcra Hakimiyyətinin memarlıq xidməti
tərəfindən razılaşdırılır.

Aparılan araşdırma və ondan doğa biləcək nəticələr narahatlıq
doğurur. Çünki yeni tikililər sırasında yaşayış evləri də mövcuddur.
Azərbaycan reallığında isə müvafiq icazə olmadan daşı-daş üstünə
qoymağın mümkünsüzlüyü hamıya məlumdur.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki,
hər bir kəs qanunun tələblərinə hörmət etməlidir. V.Əhmədov vurğuladı
ki, istənilən tikilinin müvafiq strukturlarla razılaşdırılmış sənədləri
olmalıdır: “Tikinti Məcəlləsinə mənzil ilə əlaqədar yeni düzəlişlər
edilib. Bu düzəlişlər 13 metrdən aşağı tikililərə şamil edilir. Bu
tikililərlə bağlı icra orqanlarına yalnız xəbərin verilməsi yetərlidir”.

Bəs yolverilən pozuntulara görə məsuliyyəti kim daşıyr? V.Əhmədov
bildirdi ki, ilk növbədə sənədləri müvafiq strukturlara təqdim etməyən
vətəndaşlar günahkar olsalar da, məmurlar da baş verənlə bağlı günahsız
deyil: “Sənədsiz tikilə aparmağa icazə verənlər də məsuliyyət
daşıyırlar. Sənədsiz tikililərlə bağlı məsələ bir zamanlar aktual idi.
Hətta bununla bağlı ölkə başçısı da sərəncam verdi. Amma o da məlumdur
ki, icra hakimiyyəti və başqa məsul şəxslərin icazəsi olmadan daşı-daş
üstünə qoymaq olmaz. Onlar kimin nə tikdiyini gözəl bilirlər. Sənəd
olmasa da əvvəlcə razılıq əldə olunur, daha sonra tikili reallaşdırılır.
Ona görə bütün bu şəxslər məsuliyyət daşımalıdırlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930