Naxçıvanda etiraz edən müəllimlər həbs olundu

29.04.2014 - 21:33

Naxçıvanın Sədərək rayonunda bir neçə müəllimi həbs ediblər

 

Məlumata görə Sədərək rayonundakı məktəblərin birinə başqa rayondan olan yeni direktor təyin olunub.

 Direktoru
kollektivə Muxtar Respublikanın təhsil naziri təqdim edib. Amma bu
zaman bir gənc müəllim ayağa qalxaraq buna etiraz edib. Bu isə söz
davasına çevrilib. Hadisənin aprelin ortalarında baş verdiyi bildirilir.
Bundan sonra gənc müəllim saxlanılıb və barəsində 15 sutka azadlıqdan
mərhumetmə qərarı çıxarılıb. Mənbə bildirir ki, bir neçə gün öncə buna
etiraz edən daha 5 müəllim saxlanılıb. Onların da hər birinə 15 sutka
həbs cəzası kəsilib. 

Sədərəkdəki
mənbələr qeyd edirlər ki, bu müəllimlərlə bağlı Naxçıvan Təhsil
Nazirliyinin kollegiyasında müzakirələr aparılır. Onların işdən azad
edildiyi haqda da iddialar səsləndirilir.   Məsələ ilə bağlı açıqlama
aldığımız mənbə faktı “Axar.az”a təsdiqlədi.    Mötəbər mənbə bildirdi
ki, hadisə həqiqətən də 2 həftə əvvəl baş verib. Təhsil naziri direktoru
təqdim edib, lakin müəllimlər etirazını bildirib. 

Etiraz
etdiklərinə görə 2 nəfər müəllim 15 sutka müddətində həbs edilib, 5
nəfər isə işdən uzaqlaşdırılıb. Etiraza səbəb olan direktor isə həmin
məktəbdə fəaliyyətini davam etdirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6682

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930