Beynəlxalq təşkilatlar Leyla Yunusa təzyiqi pisləyir
İnstitutunun (SDİ) direktoru Leyla Yunusa və onun həyat yoldaşı, ekspert
Arif Yunusa qarşı təzyiq haqqında məlumatlardan narahatdırlar.
Xüsusən, Norveç Helsinki Komitəsi L.Yunusun Bakı aeroportunda
saxlanılmasını pisləyir və onun həbsi ehtimalı ilə bağlı dərin
narahatlığını ifadə edir.
“Leyla və Arif Brüsselə konfransa gedirdilər. Heç nə onların yola
çıxmasına mane olmamalı idi: onla şübhəli şəxs, hansısa cinayət işində
şahid deyillər. Onları hətta dindirilməyə belə çağırmayıblar”, deyə öz
növbəsində Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor
müavini Riçel Danber bildirir.
Bəyanatda qeyd edilir ki, SDİ bir müddət əvvəl dövlətə xəyanət
ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun da iştirak etdiyi
bəzi proqramların təşkilatçısıdır.
Bu zaman xatırladılır ki, Yunus Ermənistan və Azərbaycan vətəndaş
cəmiyyətləri arasında körpülər qurulmasına 20 ildən çox vaxt həsr edib.
Denber daha sonra qeyd edib ki, Azərbaycanda hazırda siyasi
motivlərlə 30-a yaxın vətəndaş fəalı, jurnalist, müxalifətçi həbs edilib
ki, Mirqədirov və Leyla Yunus bunu tənqid edib.
“10 gün sonra Fransa prezidenti Fransua Olland Bakıya rəsmi səfər
edəcək. Azərbaycan hökuməti bu səfərə böyük əhəmiyyət verir. Bu,
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə
eyni vaxta təsadüf edir. Ümid edirəm ki, Olland Leyla ilə görüşdə israr
edəcək və Azərbaycanlı həmkarının Yunusun və Mirqədirovun azadlığının
Fransa-Azərbaycan münasibətləri üçün çox əhəmiyyətli olduğunu anlamasına
şərait yaradacaq”, deyə Human Rights Watch-un bəyanatında bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6683