Dənizdən təhlükə gözlənilir
Dünən gecə saatlarında Xəzər dənizində baş verən 3,5 bal gücündə yeraltı
təkandan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Sesmoloji
Mərkəzinin mütəxəssisləri təcili olaraq araşdırmalara başlayıblar. Bu barədə məlumat AMEA-dakı mənbələrdən daxil
olub.
Məlumatlarda deyilir ki, Mərkəzin bir qrup mütəxəssisi bu gün səhər
saatlarında Xəzər dənizində zəlzələ ocaqlarını araşdırmaq üçün yola
düşüblər. Mənbə bildirib ki, davamlı olaraq dənizin təkində baş verən
zəlzələnin öyrənilməsi üçün atılan bu addım, həm də yeni təhlükənin ola
biləcəyi barədə əvvəlcədən məlumat toplamaq məqsədi daşıyır.
Seysmoloji Mərkəzdə
dənizdə seysmoloji durumun gərgin olduğuna dair əvvəldən məlumatlar
olub. Son dövrlər təkanların sayının artması isə prosesin böyük
faciələrə gətirib çıxara biləcəyi düşüncəsi yaradıb. O səbəbdən də bu
araşdırmalarla proseslə bağlı geniş bilgi əldə etməyə çalışırlar.
Xatırladaq ki, ABŞ-ın məşhur universitetlərindən biri Bakıda apardığı
araşdırmaların nəticəsini açıqlayaraq, Azərbaycan paytaxtı ilə bağlı
dəhşətli proqnozlar vermişdilər. Həmin proqnozlarda vurğulanırdı ki,
Bakını dəhşətli zəlzələ gözləyir və bu kütləvi insan təlafatına gətirib
çıxara bilər. Həmçinin Xəzər dənizinin də seysmoloji durumunun ağır
olduğu bildirilən hesabatda qeyd edilirdi ki, təhlükə hər an baş verə
bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=6684