Ərdoğan İsraillə barışır
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki,
yaxın həftələrdə İsraillə münasibətlərin normallaşması prosesi
başayacaq. Bu haqda Ərdoğan
Amerikanın PBS telekanalına müsahibəsində bildirib. Baş nazir deyib ki,
iki ölkə arasında yenidən “qara pişiyin” keçməyəcəyinə ümid edir.
Türkiyə ilə İsrail arasında münasibətlər Qəzzaya yardım aparan”Mavi
Mərmərə” gəmisinə İsrailin hücumu və 9 Türkiyə vətəndaşının
öldürülməsindən sonra kəsilmişdi.
Ərdoğan deyib ki, İsrail Türkiyənin bütün şərtlərinə əməl edib-üzr
istəyib, “Mavi Mərmərə”də ölənlərin ailələrinə kompensasiya verib və
Qəzza sektorunun blokadasını yumşaldıb. Türkiyənin baş nazirinin
bildirdiyinə görə, münasibətlərin normallaşması səfirlərin qaytarılması
ilə başlayacaq.
Son aylarda Türkiyə ilə İsrail arasında münasibətlərin
normallaşmasına dair danışıqlar İsrail qazının Türkiyə üzərindən Avropa
bazarlarına nəqli layihəsinə dair danışıqlarla paralel gedib. Xəbərlərə
görə İsrailin “Leviafan” yatağından hasil olunacaq təbii qazın Türkiyəyə
nəqlinə dair “Turcas Petrol” şirkəti ilə anlaşma əldə edilmək üzrədir.
Anlaşmaya görə İsrail Türkiyəyə ildə 7 milyard kubmetr qaz nəql edəcək.
Bu sövdələşmə Türkiyənin Avropanın qazla təchizatı üçün mühüm dəhlizə
çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İsrail qazı Türkiyədən
Avropaya TAP kəməri vasitəsilə çatdırıla bilər. Türkiyə Rusiya ilə Qərb
arasında indiki qarşıdurmadan özünün regionda mühüm enerji dəhlizi
statusunu gücləndirmək üçün maksimum istifadə etməyə çalışır.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=6688