Fikrət Məmmədova bağlı notarial talan

30.04.2014 - 00:43

Hər
notariat kontorunda gün ərzində 300-500 sayda sənədlərin surətinin əsli ilə
düzgünlüyü təsdiq edir

Bir
notariat kontorunda hər gün üçün xalqın cibindən təxminən 1000 manat, hər ay
üçün 30 000 manat, 1 il üçünsə 365 000 manat pulun oğurlanır

Hər
notariat kontorunda gün ərzində 300-500 sayda sənədlərin surətinin əsli ilə
düzgünlüyü təsdiq edir

Bir
notariat kontorunda hər gün üçün xalqın cibindən təxminən 1000 manat, hər ay
üçün 30 000 manat, 1 il üçünsə 365 000 manat pulun oğurlanır

 

Bu il bir çox problemlərin qabaracağı və ciddi etirazlara gətirib çıxarması
ilə müşaiət olunan il olacaqdır Əsas səbəblər də sosial, vergi, komunal, məhkəmə
cərimələrinın tutulması, rüsumların artması və addım başı rastlaşdığımız rüşvət
hallarıdır. Heç bir dövlət məmurunun , millət vəkilinin ailə üzvləri cərimə
olunmurlar. Onların ailə üzvləri hər hansı məsuliyyətə də cəlb olunmurlar.  Cərimə olunsalar da, aldıqları milyonlarla
rüşvət müqabilində heç bir şeydir. Deməli cəza qanunları yalnız kimsəsiz və
kasıb təbəqə üçün nəzərdə tutulub. Bundan əlavə ən ciddi problem isə rüsumların
həddən artıq çox olmasıdır.

Notariat rüsumları arasında ən diqqət çəkən rüsum, sənədlərdən surət
və cıxarışların duzgunluyunun təsdiqi üçün alınan rüsumdur.
Qeyd olunan sənədlərin notarial qaydada təsdiqi
üçün ödənilən dövlət rüsumu 50 qəpik olmaq əvəzinə  indi buna görə 10 dəfə artıq — 5 manat ödəmək
lazım gəlir. Hər gün vətəndaşların ən çox təsdiq etdirdikləri sənədlərin
təsdiqi üçün belə bir rüsumun və xidmət pulunun tutulması insanların ciddi
narazılığına səbəb olur. Bu hallara bütün dövlət notariuslarında rast gəlmək
olar. Bu vəziyyət hər sadə vətəndaş üçün ayda orta hesabla 50 manat pul itirmək
deməkdir. Bu cür qanunu Milli Məclis hansı potensial imkanları hesablayaraq qərar qəbul edib.

Bundan
əlavə “Dövlət Rüsumu Haqqında” qanunun 10.18-ci maddəsinə nəzər saldıqda “
sənədlərdən surət və cıxarışların duzgunluyunun təsdiqi” sözünün 2
yerdə qeyd olunduğunun şahidi olarıq. 01 yanvar 2013-cü il tarixdən sözü gedən
rüsumun əvvəlki qiymətindən 10 dəfə artıq hesablanması hərəkəti yalnış bir qərardır.
Mən başa düşmürəm ki, aidiyyatı orqanlar bu qədər ciddi səhvlərə necə yol
verirlər. 21 dekabr tarixli prezidentin sərəncamı elan olunarkən isə rüsumların
2-3  dəfə artması qeyd olunmuşdu.

Məsələn, köhnə “Dövlət Rüsumu Haqqında” qanunun 10.16 maddəsində sənədlərin
bir dildən basqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə gorə), sənədlərdən
surət və cıxarışların düzgünlüyünü təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin,
həmçinin tərcuməçinin imzasının həqiqiliyinin (hər imza ucun) və vətəndasla
fotosəkildəki səxsin eyniliyinin təsdiqi ücün
0,25 manat nəzərdə
tutulmuşdursa,  indi isə yeni Qanunun
10.18 maddəsində sənədlərin
bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə),
sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla
fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün
2 manat və sənədlərdən surət və çıxarışların
düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat nəzərdə tutulub.

Bildiyimiz kimi Azərbaycanda
140 notariat kontoru fəaliyyət göstərir.Yalnız bir kontorun bir rüsumdan gəlirinə
baxın.  Hər notariat kontorunda gün ərzində
300-500 sayda sənədlərin surətinin əsli ilə düzgünlüyü təsdiq edilirsə, bu hər
gün üçün xalqın cibindən təxminən 1000 manat, hər ay üçün 30 000 manat, 1
il üçünsə 365 000 manat pulun oğurlanması deməkdir. Hesab edin , bir  kontor tək bir rüsumla bu qədər xalqın cibinə
girilirsə düşünün başqa nələr var?

Müşahidə etdiyim 5
notariat kontoru ətrafında insanların təhqir və qarğışlarla etiraz səslərini
qaldıraraq üsyan etmələrinin də şahidi olmuşam. Bir parça yavan çörək pulunu
qazana bilməyən vətəndaşlardan şəxsiyyət vəsiqəsinin surətinin təsdiqi üçün 5
(beş) manat alınması artıq yaxın gələcəkdə bu hakimyyətlə vidalaşacağımızdan xəbər
verir.

 

Taleh Xasməmmədov

Short URL: http://www.cumhuriyyet.net/?p=6689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930