İlham Əliyevin əmisioğlu haqda şok iddialar

30.04.2014 - 01:49

Xüsusi status
qazanan İlqar Əliyevin maxinasiyaları üzə çıxır

Xüsusi status
qazanan İlqar Əliyevin maxinasiyaları üzə çıxır

 

Azərbaycanda baş verən qanunsuzluqlar, biznes
maxinasiyaları haqda xarici ölkələrdə aparılan araşdırmalar Azərbaycan
mediasında hər zaman böyük səs-küy yaradıb. Bu dəfə redaksiyamıza Beynəlxalq
Haqq və Ədalət Assosiasiyası tərəfindən araşdırma daxil olub. Azərbaycandan
mühacirət edərək Avropada yaşayan Surxan Lətifov tərəfindən hazırlanan kiçik
araşdırmanı olduğu kimi diqqətinizə çatdırırıq: “Azərbaycan hakimiyyətinin
yüksək çinli məmurları və onların yaxınlarına məxsus şirkətlər haqqında dünya
mediasinda dəfələrlə müxtəlif informasiya və məqalələr çap olunub.
Xüsusilə də, SOCAR şirkətlərinin neft
sahəsəindəki “Karusel” əməliyyatları və dünyanın müxtəlif ölkələrində
yaradılmış offşor şirkətlər haqqında geniş məlumatlar ictimaiyyətə təqdim
edilib. Lakin, Əliyevlərin yaxın qohumları və
hakimiyyətin etibar etdiyi ayrı – ayrı şəxslərin
adına yaradılmış şirkətlər bir növ “kölgə” də qalıb. Bu ş
əxslər də təsadüfi deyil ki, əsasən neft
sektorunda bizneslə məşğul olurlar. Belə şəxslərdən biri də, prezident İlham
Əliyevin əmisi oğlu İlqar Əliyevdir.

Əliyev İlqar Aqil oğlu İsveçrədə fəaliyyət göstərən
və 2011 ci il fevralın 16 da Basel Landschaft Reinach qeydiyyatdan keçmiş
Activoil SA şirkətinin təsisçisidir (Qeydiyyat nömrəsi: CH-241.3.009.823-0).
Christoph Merian – Ring 23. 4153 Reinach
BL ünvanda yerləşən şirkət neft və neft məhsullarının eyni zamnda, daşınmaz
əmlakın alqı – satqısı ilə məşğuldur. Onu da qeyd edək ki, həmin şirkət əvəllər
İsveçrənin Solothon Kantonunda qeydiyyatdan keçmiş sonradan Basel Landschaftda
fəaliyyət göstərməyə başlayıb.
2005-ci ildə atası Aqil Əliyev
vəfat etdikdən sonra ailə biznesinin başına keçən İlqar Əliyev şəriklərini
sıradan çıxarmaqla məşğul olub.
Onun əsas biznes ortaqlarından biri olan “Yeganə Mamed” adlı Məmməd
Rəhimov ölkəni tərk etməyə məcbur olub. Səbəb isə, ona İ.Əliyev tərəfindən 7
milyon avro məbləğində “haqq” qoyulması olub. Digər biznes ortağı Dəyanət
Səlimov adlı şəxs isə 2008 ci ilin noyabrında müəmmalı şəkildə qətlə
yetirilmiş, digər ortağı Böyükağa Abdullayev isə həbs edilib. Son iki şəxsin
sıradan çıxarılması ilə İlqar Əliyev hələ 2004 cü ildə təsis edilmiş “EKO
SERVİS KO”MMC nin şəriksiz sahibinə çevrilib.

Hal – hazırda isə, vaxtilə İlqar Əliyevə məxsus
olan “Royal Bank” bağlandıqdan sonra əmantəçilər bankdakı külli miqdarda
vəsaitlərini geri ala bilmirlər.
İlqar Əliyev və onun ailə üzvləri hal hazırda vaxtilə Aqil Əliyev
tərəfindən alınmış İsveçrənin Cenevrə şəhərindəki 1224 Chéne – Bougeries
ünvandakı mülkdə rəsmi qeydiyyatdadırlar. Activoil SA nın İdarə Heyətinə
İmamverdi Əliyev, Aydın Mustafa , Aydın Doğuş, İncəsu Vəli və Körpə Kamal adlı
şəxslər daxildir. Burada İdarə Heyətinin sədri olan İmamverdi Əliyev İlqar
Əliyevin biznesini idarə edən əsas şəxslərdən biri kimi tanınır. Maraqlıdır ki,
İdarə Heyətinə üzv olanlar eyni zamanda bir neçə fərqli şirkətlərə malikdirlər.
Məs: Körpə Kamal adlı şəxs ARTONTRADE SA (Qeyd nömrəsi: CH-6
45.4.109.546-6) Təsis tarixi 03.04.2013; AVONİM SA (CH-645.4.109.550-7) 04.2013; QEPOPEYES SA (CH – 645.4.109.504-5) 02.04.2013. Göründüyü kimi K.Kamalın sahib
olduğu 3 şirkət eyni ildə bir ay ərzində təsis edilərək qeydiyyatdan keçib.
Təbii ki, bu tip şirkətlər əsasən offşor şirkətlər funksiyasını yerinə
yetirirlər. Və yaxud, İdarə Heyətinin digər üzvü Mustafa Aydının adına
aşağıdakı 4 fərqli şirkət və firmalarda rast gəlinir – Lelvani GmbH , TİMEL
Sarl, Taurus Tours AG və Pizzeria Grottino 87. Activoil SA nın maliyyə, vergi
və digər işlərini Activoil şirkəti ilə eyni Kantonda qeydiyyatdan keçmiş
Austrasse 2 . 4153 Reinach ünvanında qeydiyyatda olan Urs Baumann+Partner AG
adlı şirkət həyata keçiri.
Caspian integrated Maritime
Services GmbH şirkəti Əliyev Tahir Nadir oğlu tərəfindən təsis edilib.
Maraqlıdır ki, əslən azərbaycanlı Böyük Britaniya vətəndaşı olan T.Əliyev həmin
şirkəti Britaniyada deyil, 2009 cu il 22 yanvar tarixində İsveçrənin Wallis
Kantonunda qeydiyyatdan keçirib. (Qeyd nömrəsi: CH-626.4.012.051-3). Bu
şirkətdə ,təbii olaraq neft və neft məhsullarının alqı – satqısı və daşınması
ilə məşğuldur.

Burada diqqəti cəlb edən maraqlı məqam ondadır ki,
Caspian integrated Maritime Services GmbH şirkəti ilə əməkdaşlıq edən Kanada
vətəndaşı Anne -Marie Dubuis Bourdeau adlı şəxs sonralar 2012 ci ildə İsveçrədə
qeydiyyatdan keçmiş Valimmobilier SA firmasının sahibinə çevrilib. Rue de
Lausanne 116. 1950 Sion ünvanında qeydiyyatda olan Valimmobilier SA firması
daşınmaz əmlakın alqı- satqısı ilə məşğuldur (Qeyd Nömrəsi :
CH-626.4.011.584-6). Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti Rövnəq Abdullayevin yaxın qohumu Əliyev Anar adlı şəxs
haqqında bu yaxınlarda geniş informasiyalar medianın gündəmini zəbt etmişdi.
Lakin, onun SOCAR şirkətlərində yerdəyişməsi maraq doğrur. Belə ki o, 2011 ci
ildə Cenevrədə fəaliyyət göstərdiyi SOCAR Trading SA şirkətindən işdən çıxaraq
Supra İnvestments SA şirkətində işləmişdir. 2012 ci ildə isə yenidən SOCAR
Trading SA şirkətinə geri qayıtmış və həmin ildə yenidən oranı tərk edərək
Supra İnvestments SA şirkətinə işə geri qayıdıb. Maraqlıdır ki, dünyanın
harasında olmasından asılı olmayaraq Əliyev familiyalı şəxslər neft sektoru ilə
sıx surətdə bağlıdırlar”.

 

Surxan Lətifov

Short URL: http://www.cumhuriyyet.net/?p=6692

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930