Azərbaycanda mətbuat azadlığı bərbad vəziyyətdədir

30.04.2014 - 10:06

Azərbaycanda mətbuat azadlığı bərbad vəziyyətdədir

Ekspertlər İlham Əliyevin fikirlərinə cavab verdi
Aprelin 27-də Bakıda Beynəlxalq Idman Mətbuatı Assosiasiyasının – AIPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilib. Ölkə başçısı Ilham Əliyev də mərasimdə iştirak edib və geniş nitq söyləyib.
Ilham Əliyev ilk növbədə iqtisadi inkişafdan, yoxsulluğun səviyyəsinin minimuma endirilməsindən, idamanın inkişafı və olimpiya mərkəzlərinin tikilməsindən, beynəlxalq tədbirlərə ev sahibliyi etməyimizdən söhbət açıb. Daha sonra ölkə başçısı azad mətbuatın inkişafınadan inamla danışıb: “Bu gün mətbuat nümayəndələri qarşısında çıxış edərək bildirmək istəyirəm ki, bizim ən böyük nailiyyətlərimizdən biri medianın və mətbuatın azadlığıdır. Azad internet bizim həyatımızın tərkib hissəsidir. Bu gün əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir. Hökumət də Azərbaycanın hər bir şəhərinə və kəndinə genişzolaqlı interneti gətirmək üçün çoxlu sərmayə yatırır. Siyasi islahatlar iqtisadi islahatlarla dəstəklənir”- deyə Ilham Əliyev bildirib.
Bu fikirləri o ölkənin prezidenti səsləndirir ki, həmin ölkədə azad mətbuat barmaqla sayılacaq qədərdir və bu mətbuat orqanlarını çökdürəmk üçün hakimiyyət bütün vasitələrdən istifadə edir. Digər tərəfdən, Azərbaycanda söz adamlarının, mətbuat nümayəndələrinin təqib olunması, həbs edilməsi, hətta öldürülməsi nümunəsi də var. Belə bir reallığın hökm sürdüyü ölkədə, hansı azad mətbuatdan danışmaq olar?
“Ayna” qəzetinin redaktoru Elçin Şıxlı bildirdi ki, “media azadlığı” anlayışı bəzi adamlar üçün fərqlidir və Azərbaycanda bu sahədə kifayət qədər problemlər var: “Əslində, bu deyilənlərə şərh vermək artıqdır. Görünür, bu məsələlərlə bağlı prezidentə məruzə edənlərin “media azadlığı” anlayışı ilə bizim düşüncələrəmiz arasında xeyli fərq var. Onlar bu anlayışı bu formada, biz başqa formada anlayırıq. Mən o fikirlə razıyam ki, Azərbaycanda mətbuat sahəsində problemlər var və bu sahədə xeyli işlər görülməlidir”.
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, səslənən fikirlərin yanlış olduğunu sübut etmək üçün mətbuat səhifələrinə baxmaq kifayətdir: “Mətbuatın peşə əxlaq kodeksi var və bunun əsas prinsipi həqiqətə xidmətdir. Həqiqətə xidmət isə obyektivlik, düzgünlüklə ölçülür. Azərbaycan televiziyalarında, mətbuat səhifələrində, saytlarda bunlar yoxdur. Əgər bunlar yoxdursa, deməli, bu qurumlar öz funksiyalarını yerinə yetirmir. Bu qurumların hamısı hakimiyyətin çirkli pulları ilə maliyyələşir və bunları azad mətbuat hesab etmək olmaz. Bu gün heç bir televiziya kanalında müxalif fikrin təmsilçilərini görmək mümkün deyil. Ona görə də azad mətbuatdan danışmaq yanlışdır”.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930