Ziya Məmmədov özünü necə xilas etmək istəyir?

30.04.2014 - 11:10

Ziya Məmmədov özünü necə xilas etmək istəyir?

Nəqliyyat naziri oğlu ilə bağlı idman xəbərləri yaydırmaqla vəziyyətdən çıxmaq niyyətindədir 
Nəqliyyat naziri Ziya Məmmədov ona qarşa aqressiv və total şəkildə hücuma keçmiş fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qarşısında duruş gətirə bilmir. JAM.AZ xəbər verir ki, ilk olaraq Məmmədovun qardaşı uşaqlarının avtoşluq etdikləri kadrları mətbuata ötürən “fövqəlnazir”, ardından digər kompromatları da günü zərinə çıxarmağa başlayıb.
Qeyd edək ki, tərəflər arasında baş qaldırmış savaşın əsas pik dövrü bundan sonraya təsadüf edəcək. Amma buna qədər nəqliyyat nazirinin “yaralarını sarıması” lazımdır. Ki, bunun üçün də bəzi addımlar atılır. Ancaq atılan addımlar olduqca bəsitdir və bu vurulan zərbənin törətdiyi “fəsad”ları aradan qaldırmaq gücündə deyil. Məsələn, Ziya Məmmədov adı avtoşluq məsələsində hallanan qardaşı oğlu Elnur Məmmədova hansısa 5-ci dərəcəli təşkilatın əliylə mükafat verdirir. 
Ziya Məmmədov o qədər aciz duruma düşüb ki, oğlu Anar Məmmədovun da “çulunu sudan çıxara” bilmir. Və onunla bağlı apardıqları təbliğat isə lap gülməlidir. Belə ki, üzərində hücuma keçilmiş bu şəxsin Azərbaycanda “möhtəşəm”, “inanılmaz”, “dəhşətli” qolf yarışları keçirdiyi xəbəri dövriyyəyə buraxılır. 
Burada iki əsas məqam diqqəti çəkir. Birincisi, Ziya Məmmədov həqiqətən çıxılmaz vəziyyətə düşüb və nə edəcəyini bilmir. İkincisi isə nəqliyyat naziri elə zənn edir ki, idman, mükafat verilməsi xəbərləri isə yaranmış vəziyyəti düzəltmək mümkün olacaq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6703

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930