Ərəstun Oruclu: "30 aprel terroru obyektiv araşdırılmayıb"

30.04.2014 - 12:20

Ərəstun Oruclu: “30 aprel terroru obyektiv araşdırılmayıb”

“Hakimiyyətdə terrorun əsl təşkilatçılarının adını çəkəcək qədər belə siyasi iradə yoxdur”
“Mən əminəm ki, 30 aprel terroru obyektiv araşdırılmayıb. 30 aprel məsələsini hərtərəfli araşdırmışıq”.
Bu sözləri Moderator.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib. Ekspertin fikrincə, 2009-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) terror olayının əsl təşkilatçıları hələ də məsuliyyətdən kənardadır:
“Bu hadisə ilə bağlı kifayət qədər araşdırma aparmışıq.Bununla bağlı hətta bir neçə televiziya verlişində də olmuşam. Həmin terrorun təşkilində erməni millətindən olan Gürcüstan vətədaşı şübhəli bilindi. Həmin şəxs guya erməni kəşfiyyatının nümayəndəsi olub.İstintaqı aparan qurumlar və məhkəmə tərəfindən rəsmi izah da bu oldu ki, həmin şəxs İnterpol xətti ilə axtarışa verilib. Amma İnterpolun öz saytından və digər mənbələrdən əldə edilən məlumatlar göstərir ki, bu şəxs axtarışa verilməyib. Məncə bu faktın özü hər şeyi deyir. Bütün bunlar onu göstərir ki, hakimiyyətdə terrorun əsl təşkilatçılarının üzə çıxarılması, cəzalandırılması, heç deyilsə adının çəkilməsi üçün siyasi iradə və özünəgüvən yoxdur”.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=6705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930